13.02.2018 "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

     Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

     "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, Ns 9, maddə 563; 2004, Ns 7, maddə 505; 2007, Ns 5, maddə 442; 2009, Ns 10, maddə 768; 2010, Ns 5, maddə 374; 2011, Ns 4, maddə 262, Ns 12, maddə 1091; 2015, Ns 11, maddə 1251; 2016, Ns 12, maddə 1991; 2017, Ns 6, maddə 1018) aşağıdakı məzmunda 21-1 -ci maddə əlavə edilsin:

"Maddə 21-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq

     Qaz istehsalçıları, təchizatçıları və paylayıcılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi