13.02.2018 "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

"Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

     Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

     "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N° 3, maddə 127) aşağıdakı məzmunda 16-cı maddə əlavə edilsin:

    "Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq

      Elektrik və istilik enerjisi istehsalçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi