VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

03.04.2018 "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Layihə
"Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 21-ci bəndini rəhbər tutaraq, "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 826-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 482; 2007, № 10, maddə 938; 2017-ci, № 1, maddə 15, № 6, maddə 1015) 23-cü maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
"Hidrometeorologiya və təbii mühitin monitorinqi işlərinin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.".
Azərbaycan Respublikasının Prezidenti