12.10.2018 "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 486; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 4; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 7, maddə 507; 2006, № 2, maddə 63, № 12, maddə 1005; 2007, № 5, maddə 437; 2008, № 2, maddə 49; 2009, № 12, maddə 957; 2011, № 12, maddə 1101; 2017, № 12, I kitab, maddə 2199; 2018, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin üçüncü abzasından sonra aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
"Sahibkarlıq fəaliyyəti ilə bağlı statistik məlumatlar emal edilərkən sahibkarlıq subyektlərinin "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş bölgüsü nəzərə alınır.".

2. 12-ci maddənin dördüncü abzasına "statistika göstəriciləri" sözlərindən sonra "barədə məlumatlar, həmçinin "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü" sözləri əlavə edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi