17.05.2019 "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 23-cü bəndlərini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346, № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12 (I kitab), maddə 2255; 2018, № 6, maddə 1161; Azərbaycan Respublikasının   2019-cu il 29 mart tarixli 1539-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.   Aşağıdakı məzmunda 33.1.9-4-cü maddə əlavə edilsin:
"33.1.9-4. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək;".

2.  33.2-ci maddədə "və 33.1.4-cü" sözləri ", 33.1.4-cü və 33.1.9-4-cü" sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi