13.06.2019 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209 və 2225, № 12, maddələr 2524 və 2534; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1535-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1.   1.1-ci və 1.6-cı maddələrdə "iqtisadi mübahisələr" sözləri "kommersiya mübahisələri" sözləri ilə əvəz edilsin;

1.1.2.   aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələr başa düşülür.".

1.2. 2.1, 4.3, 6, 7.2, 8.1-ci maddələrdə, 10-1-ci maddənin adında, 10-1.1, 11.1, 12.1, 17.1, 150.0.4, 152.1.4, 154.1, 284-1, 284-3.1, 404-1, 440.1 və 463-cü maddələrdə ismin müvafiq hallarında "iqtisadi mübahisələr" sözləri ismin müvafiq hallarında "kommersiya mübahisələri" sözləri ilə, 10-1.3, 135.8 və 272.4-1-ci maddələrdə "İqtisadi mübahisələr" sözləri "Kommersiya mübahisələri" sözləri ilə,  82.4-cü maddədə "iqtisadi mübahisəyə" sözləri "kommersiya mübahisəsinə" sözləri ilə əvəz edilsin.

1.3.   4.3 və 55.2-ci maddələrdə, 231.3-cü maddənin ikinci cümləsində ismin müvafiq hallarında "inzibati-iqtisadi məhkəmə" sözləri ismin müvafiq hallarında "kommersiya məhkəməsi" sözləri ilə, 34 və 358.0.2-ci maddələrdə ismin müvafiq halında "inzibati-iqtisadi məhkəmələr" sözləri ismin müvafiq halında "kommersiya məhkəmələri" sözləri ilə əvəz edilsin.

1.4. 24.2-ci maddədə "inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya" sözləri "kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və" sözləri ilə əvəz edilsin.

1.5. 25-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar.

25.3. Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.".

1.6.   26-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

26.2. Bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə kommersiya məhkəmələri baxır.

26.3. Kommersiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.".

1.7. 30-cu maddədə "inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə" sözləri "kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində" sözləri ilə əvəz edilsin.

1.8. 32.7-ci maddənin üçüncü cümləsində "apellyasiya" sözü "kassasiya" sözü ilə əvəz edilsin.

1.9. 269.3-cü maddədə "məhkəməsinə" sözündən sonra ", bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş halda isə kassasiya instansiyası məhkəməsinə" sözləri əlavə edilsin.

1.10.   358.0.2-ci maddədə ikinci və üçüncü hallarda "inzibati-iqtisadi" sözləri "kommersiya" sözü ilə əvəz edilsin.

1.11. 402-ci maddədə "inzibati-iqtisadi" sözləri "kommersiya" sözü ilə əvəz edilsin və həmin maddədən "işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi," sözləri çıxarılsın.

1.12.   Aşağıdakı məzmunda 403-1-ci maddə əlavə edilsin:

"Maddə 403-1. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması

403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər.

403-1.2. Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır.

403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

403-1.3. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

403-1.4. İcraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

403-1.5. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində yazılı icraat qaydasında 10 gün müddətində baxılır.

403-1.6. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

403-1.7. Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən:

403-1.7.1.  işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;

403-1.7.2.  işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.

403-1.8. Bu Məcəllənin 419-cu maddəsinə uyğun olaraq çıxarılmış qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 3 gün müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.".

1.13.   404.1.2-ci maddədə birinci və ikinci halda "inzibati-iqtisadi" sözləri "kommersiya" sözü ilə, üçüncü halda "inzibati-iqtisadi" sözləri "Kommersiya" sözü ilə əvəz edilsin.

1.14. 404.2-ci maddə ləğv edilsin.

1.15.   414-cü, 422-ci və 423-cü maddələrdə "İnzibati-iqtisadi" sözləri "Kommersiya" sözü ilə əvəz edilsin.

Maddə 2.Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti




Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi