13.06.2019 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Layihə

 

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7, I kitab, maddə 1440; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1406-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1.   2.1-ci maddədə "inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar" sözləri "inzibati məhkəmələr və inzibati kollegiyalar" sözləri ilə əvəz edilsin.
1.2.   3-cü maddənin adında, 3.5-ci maddədə, 5-ci və 6-cı maddənin adında və mətnində, 8.6-cı maddənin birinci cümləsində, 81.1-ci maddənin birinci cümləsində, 86.3-cü maddədə "İnzibati-iqtisadi" sözləri "İnzibati" sözü ilə əvəz edilsin;
1.3.   3.1-ci maddədə, 3.2-ci maddənin birinci cümləsində, 3.3-cü, 3.4-cü və 3.6-cı, 8.6-cı maddənin birinci və ikinci cümləsində, 81.1-ci maddənin ikinci cümləsində, 83.1-ci, 85.1-ci və 86.1-ci maddələrdə, 87.7-ci maddənin ikinci cümləsində, 87.7.1-ci və 87.7.2-ci maddələrdə "inzibati-iqtisadi" sözləri "inzibati" sözü ilə əvəz edilsin.
1.4.   3.8-ci maddədə "inzibati-iqtisadi məhkəmələrin və məhkəmə kollegiyalarının" sözləri "inzibati məhkəmələrin və kollegiyaların" sözləri ilə əvəz edilsin.
1.5.   3.4-cü, 90.1, 98.2, 98.4, 98.5-ci maddələrdə və 98.6-cı maddənin birinci cümləsində "inzibati-iqtisadi" sözləri "İnzibati" sözü ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi