17.03.2020 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

  

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202, № 6, maddə 1006) 2.1-ci maddəsinin birinci cümləsinə birinci halda "tərəfindən" sözündən sonra "özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də" sözləri əlavə edilsin.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi