17.11.2017 Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında

878-VQD

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382; 2016, № 6, maddə 996; 2017, № 2, maddə 163, № 5, maddə 731) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər fəslinin “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” qrafası aşağıdakı redaksiyada verilsin:

 

Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları

xeyli miqdar

külli miqdar (daxil olmaqla aşağı hədləri)

 2-10 ədəd (4-20 hissə)

3-15 ədəd (6-30 hissə)

 11 ədəd (21 hissə)

16 ədəd (31 hissə)

3-50 ədəd (6-100 hissə)

51 ədəd (101 hissə)

 1 ədəd (2 hissə)

2 ədəd (4 hissə)

 2 ədəd (3 hissə)

3 ədəd (5 hissə)

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il
№ 878-VQD
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi