31.05.2018 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

1172-VQD

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1795; 2017, № 2, maddələr 138, 150; № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab) maddə 2215; 2018, № 2, maddələr 143, 157; Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:
1.1.1. aşağıdakı məzmunda 25-1-ci – 25-3-cü bəndlər əlavə edilsin:
“25-1) trisikl - işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir;
25-2) yüngül kvadrisikl - yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitələridir:
işçi həcmi 50 kub santimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
uzunmüddətli yüklənmə rejimində mühərrikinin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
25-3) kvadrisikl – bu Qanunun 1-ci maddəsinin 25-2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri istisna olmaqla, yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir;”;
1.1.2. 26-cı bənddə “tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də” sözləri “trisikllər və yüngül kvadrisikllər” sözləri ilə əvəz edilsin.

1.2. 16-cı maddənin II hissəsinin ikinci cümləsinə, 37-ci maddənin I hissəsinin 8-ci bəndinə, 55-ci maddənin V hissəsinin 2-ci bəndinə, 78-ci maddənin III hissəsinə (hər iki halda) “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin.

1.3. 33-cü maddə üzrə:
1.3.1. II hissə aşağıdakı redaksiyada verilsin:
“II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).”.
1.3.2. aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:
“II-I. Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.”.

1.4. 34-cü maddə üzrə:
1.4.1. I hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;
1.4.2. II hissənin 1-ci bəndinə “motosikletləri,” sözündən sonra ”kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilsin;
1.4.3. III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
1. vəsiqə sahibinin soyadı;
2. vəsiqə sahibinin adı və atasının adı;
3. vəsiqə sahibinin doğulduğu tarix və yer;
4a. vəsiqənin verildiyi tarix;
4b. vəsiqənin etibarlıq müddətinin qurtardığı tarix;
4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü;
4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;
5. vəsiqənin nömrəsi;
6. vəsiqə sahibinin fotoşəkli;
7. vəsiqə sahibinin imzası;
8. vəsiqə sahibinin yaşayış yeri;
9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);
10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;
11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlıq müddətinin qurtardığı tarix;
12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);
14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).”;
1.4.4. IV hissə üzrə:
1.4.4.1. “Avtomobilləri və motosikletləri” sözləri “Bu Qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini” sözləri ilə əvəz edilsin və “kateqoriyaları” sözündən sonra “və altkateqoriyaları” sözləri əlavə edilsin;
1.4.4.2. 1-ci bənddə “motosikletləri” sözündən sonra “, trisiklləri və yüngül kvadrisiklləri” sözləri əlavə edilsin;
1.4.4.3. aşağıdakı məzmunda 2-1, 3-1, 4-1, 6-1 və 7-1-ci bəndlər əlavə edilsin:
“2-1) “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;”;
1.4.5. VI hissə aşağıdakı redaksiyada verilsin:
“VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.”;
1.4.6. Aşağıdakı məzmunda IX hissə əlavə edilsin:
“IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.”.

1.5. 35-ci maddə üzrə:
1.5.1. I-I hissənin ikinci cümləsində “A1”, “A” və “B” kateqoriyalarına” sözləri “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına” sözləri ilə əvəz edilsin;
1.5.2. II hissənin 2-ci bəndinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.5.3. VI hissənin 6-cı bəndi ləğv edilsin;
1.5.4. VII hissəyə “kateqoriyalar” sözündən sonra “(altkateqoriyalar)” sözü əlavə edilsin;
1.5.5. IX hissəyə “kateqoriyaların” sözündən sonra “(altkateqoriyaların)” sözü əlavə edilsin.

1.6. 37-ci maddənin V hissəsinin 2-ci bəndindən “nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək,” sözləri çıxarılsın.

1.7. 56-cı maddənin I hissəsində “S” kateqoriyalı” sözləri “C” kateqoriyalı və ya “C1” altkateqoriyalı” sözləri ilə, “C” və “D” kateqoriyalı” sözləri isə “C” kateqoriyasından (“C1” altkateqoriyasından) əlavə “D” kateqoriyalı (“D1” altkateqoriyalı)” sözləri ilə əvəz edilsin.
Maddə 2. Keçid müddəları
2.1. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
2.2. 2019-cu il yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalır.
2.3. Şəxs sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilər. Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2018-ci il
№ 1172-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi