Arxiv

10.10.19

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov ilə görüşdülər.


ətraflı

10.10.19

MİLLİ MƏCLİSDƏ NAXÇIVAN SAZİŞİNİN 10 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirildi.
Tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzaladı. Keçən 10 il sübut etdi ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı.


ətraflı

10.10.19

NATO PARLAMENT ASSAMBLEYASININ İLLİK SESSİYASI KEÇİRİLƏCƏK

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 65-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 10-da Böyük Britaniyanın paytaxtı Londona yola düşəcəklər. 

ətraflı

09.10.19

OQTAY ƏSƏDOV: “ƏMİNİK Kİ, AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ İLDƏN-İLƏ DAHA DA İNKİŞAF EDƏCƏK VƏ GÜCLƏNƏCƏK”

Oktyabrın 9-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul etdi.  Spiker qonağın Baş Nazir qismində Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirdi.


ətraflı

09.10.19

AZƏRBAYCAN-İSVEÇRƏ ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Oktyabrın 9-da Milli Məclisin Sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi