Arxiv

03.12.19

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 3-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin plenar iclasında 15 məsələyə baxıldı.

Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim etdi. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olundu. Məlumat dinlənildikdən sonra deputatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul etdilər.


ətraflı

02.12.19

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 2-də Milli Məclisin plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü plenar iclasda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətin müzakirəyə çıxarılacağını bildirdi.


ətraflı

29.11.19

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə 22 məsələ var. Bunlardan ilk 11 məsələ 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin üçüncü oxunuşudur.

ətraflı

26.11.19

Səhiyyə komitəsinin iclasında

Noyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. 
İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə  “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ daxildir.

ətraflı

26.11.19

AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.
Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi