Arxiv

25.11.19

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov bildirdi ki, 19 məsələdən ibarət gündəlikdə 2020-ci ilin büdcə zərfinə daxil olan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, məhkəmə-hüquq sistemində islahatlarla bağlı parlamentə bir zərfdə daxil olmuş 9 qanun layihəsinin ikinci oxunuşu və “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.


ətraflı

25.11.19

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Noyabrın 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazaxıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Serjan Abdıkərimovla görüşdü.

***
Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Fransa Parlamentinin deputatı Karolin Janvienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 

 


ətraflı

25.11.19

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransda, iştirak etmək üçün noyabrın 26-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.


ətraflı

23.11.19

Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

Noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirildi. 
İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə  “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələ daxildir.

ətraflı

22.11.19

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxıldı.
İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi