Arxiv

19.11.19

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə 21 məsələdən ibarət gündəlik təsdiqləndi.


ətraflı

19.11.19

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNDƏ GƏLƏN İLİN BÜDCƏ LAYİHƏSİ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏ EDİLDİ

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Mədəniyyət komitələrinin birgə iclası keçirildi.
İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi.

ətraflı

19.11.19

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxildir.  

ətraflı

19.11.19

DEPUTATIMIZ YUNANISTANDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının fakt araşdırma missiyasının tədbirlərində iştirak etmək üçün noyabrın 20-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

ətraflı

19.11.19

MDB PA-ın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-ın Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi