Arxiv

21.05.18

BEYNƏLXALQ ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

Mayın 21-də Milli Məclisdə vitse-spiker Bahar Muradova Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin (XİP MK) Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.


ətraflı

21.05.18

AŞPA-nın KOMİTƏSİNDƏ

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 27-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.


ətraflı

21.05.18

DEPUTATLARIMIZ SLOVAKİYADA

Milli Məclisin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev, deputatlar Sədaqət Vəliyeva, Azər Badamov Slovakiyanın paytaxtı Bratislavada səfərdədirlər.


ətraflı

21.05.18

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi İşlər və Demokratiya Komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 23-dək Yunanıstanda səfərdə olacaq.
ətraflı

18.05.18

MİLLİ MƏCLİSİN İCLASINDA HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Mayın 18-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. 
Cari məsələlərin müzakirəsi zamanı deputatlar Fəzail İbrahimli, Sahibə Qafarova, Əli Hüseynli, Zahid Oruc, Aydın Mirzəzadə, Asim Mollazadə, Fazil Mustafa, Siyavuş Novruzov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiyalar tətbiq etməsi barədə qərarını tənqid etdilər. Bildirdilər ki, AŞPA-nın bu qərarı ədalətsizdir və Azərbaycanı sevməyən bəzi qüvvələrin maraqlarına xidmət edir. 

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi