İƏTPİ-nin BAŞ KATİBİ BƏYANATLA ÇIXIŞ EDİB

13/07/17

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Baş Katibi Prof. Mahmud Erol Kılıç Fizuli rayonun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat vermişdir.
Bəyanatda cari il iyulun 4-də Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri; 2 yaşlı qız Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri  şiddətlə qınanılır.
Sənəddə İƏTPİ-nin Baş katibi qurbanların ailəsinə başsağlığı verir və qardaş Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi