MONTENEQRODA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

10/04/18

 

Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq.
Deputatımız AŞPA-nın müşahidə missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. AŞPA müşahidəçiləri öncə seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa əməl edilməsinə  nəzər  yetirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi