MİQRASİYA MƏSƏLƏLƏRİNƏ DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

04/12/18
Dekabrın 6-da və 7-də Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının xətti ilə iştirak edəcəkdir.  
Konfransda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təmin olunması üçün qarşıda dayanan vəzifələr, bununla bağlı qanunvericilik sahəsində əməkdaşlıq barədə müzakirələr aparılacaqdır.
Tədbirdə Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya barədə qlobal razılaşmanın qəbul edilməsi də nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti   

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi