AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISINDA

04/02/19

Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 5-də Türkiyənin İstanbul şəhərinə  səfərə gedəcək.
Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, globallaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.
Vitse-spiker Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirləri açıqlayacaq, təkliflərini verəcək. 
Səfər fevralın 7-də  başa çatacaq.


 Milli Məclisi
Mətbuat xidməti
 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi