MDB PA-nın TƏDBİRİNDƏ

08/10/19

Milli Məclisin üzvü Elmira Axundova oktyabrın 9-da  Rusiya Federasiyasına  səfərə gedəcək.
Millət vəkili Sankt-Peterburq  şəhərində keçiriləcək  Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri  komissiyasının  iclasına qatılacaq.
Tədbirdə  təşkilati və  bir sıra məsələlərə baxılacaq. Deputatımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcək, təkliflər verəcək.
Səfər oktyabrın 11-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi