AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

26/11/19
Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.
Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.
İclaslarda AŞPA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.
Səməd Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi