2012-ci il 14 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ

PROTOKOLU № 49

Milli Məclisin iclas salonu.
14 noyabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 99 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 99
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri

Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə na-ziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Fizuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil na-ziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və in-formasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.

* * *

Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.

* * *

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

* * *

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

* * *

Xəqani Abdullayev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini.
Aynur Sofiyeva, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Rafiq Cəlilov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Çıxış etmişlər: Oqtay Əsədov, Vahid Əhmədov, Fəzail Ağamalı, İlham Məmmədov, Elmira Axundova, Ziyafət Əs-gərov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Azər Badamov, Çingiz Qənizadə, İqbal Ağazadə, Abel Məhərrəmov, Kamilə Əliyeva, Leyla Abdullayeva, Yevda Abramov, Arif Əşrəfov, Rafiq Məmmədhəsənov, Sahib Alıyev, Azay Quliyev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Mirkazım Kazımov, Musa Qasımlı, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Hadi Rəcəbli, Eldar Quliyev, Musa Quliyev, İsa Həbibbəyli, Aslan Cəfərov, Nizami Cəfərov, Sədaqət Vəliyeva, Rövşən Rzayev, Səttar Möhbalıyev, Aqiyə Naxçıvanlı, Rauf Əliyev, Sevinc Hüseynova, İqbal Məmmədov, Hikmət Atayev, Əhməd Vəliyev, Ceyhun Osmanlı.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

14 noyabr 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hörmətli millət vəkilləri, xahiş edi-rəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 99
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Çıxış üçün 41 nəfər yazılıb. Mən vaxtı qısaltmaq istəmirəm, ancaq xahiş edirəm, mümkün qədər konkret çıxış edəsiniz ki, hamının çıxış etmək imkanı olsun. Buyursun Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli mətbuat nümayəndələri! 2013-cü ilin dövlət büdcəsi cənab Samir Şərifov və Hesablama Palatasının sədri cənab Heydər Əsədov tərəfindən bizə ətraflı şəkildə çatdırıldı və əsas məqamlara toxunuldu.
Hesab edirəm ki, 2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını, 700 minə qədər insanın əmək haqqına baxılmasını, o cümlədən sovet vaxtından qalmış əmanətlərin qaytarılması üçün 500 milyon manatın ayrılmasını müsbət addım kimi qiymətlən-dirmək lazımdır.
Nazirlər Kabinetinin iclasında Azərbaycanın dövlət başçısı 9 ayın yekunlarına baxaraq Azərbaycan hökuməti qar-şısında bir sıra məsələlər qoymuşdur. Əsas məsələlərdən biri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, diversifikasiyası proqramını həyata keçirməkdir. Şaxələndirmə deyəndə, əsasən, qeyri-neft sektorunun inkişafı və Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
2013-cü ilin dövlət büdcəsindəki bir sıra məsələlərə aydınlıq gətirmək lazımdır. 2011-ci ildə ümumi daxili məh-sulda qeyri-neft sektorunun payı 47 faiz idi. 2013-cü ildə bu rəqəm 62 faiz nəzərdə tutulur. Yəni qeyri-neft sektorunun payı ümumi daxili məhsulda təxminən 15 faiz artır. Düzdür, burada sənayenin azalması, kənd təsərrüfatının bir faiz artımı, o cümlədən tikintinin və xidmət sahəsinin artımı nəzərdə tutulur. Amma 2013-cü ilin dövlət büdcəsinin ümumi gəlirlərində qeyri-neft sektorunun əsas payının belə yüksək artımına baxmayaraq, vergilərdə payı cəmi 27 faiz təşkil edir. 2013-cü ildə də bu artım cəmi 0,2 faiz nəzərdə tutulur. Onda belə bir sual ortaya çıxır. Necə olur ki, qeyri-neft sektorunun inkişafına hər il 10–11 faiz artım edirik, amma vergilərdə cəmi 0,2 faiz artım olur. Ona görə də mən belə hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi qeyri-neft sektorunun strukturuna dəqiq baxmalıdır. O sahələri inkişaf etdirməliyik ki, onlardan dövlət büdcəsinə müəyyən vergilər verilsin. Biz qeyri-neft sektorunun istənilən sahəsini inkişaf etdirməklə dövlət büdcəsində vergiləri artıra bilmərik. Bu hesabla 15 ildən sonra yalnız qeyri-neft sektorundan gələn gəlirlərin payı 30 faizə çatdırılacaqdır.
İkinci ən ciddi məsələ kənd təsərrüfatı ilə əlaqədardır. Kənd təsərrüfatı ilə əlaqədar burada fikirlər söylənildi. Düzdür, kənd təsərrüfatına meliorasiya xətti ilə, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə müəyyən yardımlar göstərilir. Amma dövlət büdcəsindən birbaşa yardım cəmi 27 milyon dollar götürülür ki, mən hesab edirəm, bu çox kiçik bir rəqəmdir. Ümumi işlək əhalinin 32 faizi kənd təsərrüfatında çalışır, amma kənd təsərrüfatının ümumi daxili məhsulda payı cəmi 5,5 faizdir. Kənd təsərrüfatının çox ciddi problemləri var.
Mənim yadıma gəlir, Samir Şərifov maliyyə naziri təyin olunandan 3–4 ay sonra Maliyyə Nazirliyində islahatlar apardı. Yəni Maliyyə Nazirliyinin müasir səviyyəyə uyğun qurumlarını yaratdı. Kənd Təsərrüfatı Nazirliyinin strukturu sovet vaxtından bu günə qədər dəyişilməyib. Yerlərdə fermerlər, sahibkarlar faktiki olaraq başlı-başınadırlar. Onların məsələləri həll olunmur. Ona görə də Kənd Təsərrüfatı Nazirliyində çox ciddi islahatlar aparmaq lazımdır.
İkinci, fermerlərə şərait yaratmaq lazımdır ki, məhsulları ixrac etmək üçün imkanları olsun.
Üçüncü, ən ciddi məsələ kənd təsərrüfatı məhsullarının satılması problemidir. Oqtay müəllim, bölgələrdə kənd tə-sərrüfatı məhsullarının satılması ilə əlaqədar çox ciddi problem var. Bu məsələni bir neçə dəfə demişəm. Qubada almanı sata bilmirik. İnsanlar məcbur olub almanı çaya tökürlər. Müəyyən maneələr var, mən indi bunları açıqlamaq istəmirəm. Ona görə də mən İqtisadi İnkişaf Nazirliyindən xahiş edirəm ki, Qubada meyvənin satılması ilə əlaqədar bir pilot layihə işləyib hazırlasınlar, bir yerdə onu həyata keçirək.
Ümumiyyətlə, bayaq qeyd elədiyim kimi, əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorundan daxilolmalar çox aşağıdır. Amma burada da bir neçə məsə-ləyə toxunmaq istəyirəm. Biz vergi sistemində böyük islahatlar apardıq. Yəni post terminallar yaratdıq, sonra kart sisteminə keçdik və sair. Amma vergi faizləri artmır. Nəyə görə? Çünki bu gün Azərbaycanda əsas əməliyyatlar nağd hesablaşmalar vasitəsi ilə həyata keçirilir. Mən belə hesab edirəm ki, bu, düzgün deyil. Faiz necə var idi (70/30 nisbətində), bu gün də davam edir.
Bu gün Azərbaycanda 45 bank var. Azərbaycanda buna ehtiyac varmı? Hər bir şirkətin, hər bir oliqarxın özünün bankı var. Milyondan yuxarı vəsaiti, rus demişkən, “obna-liçka” edirlər. Bu uçotu aparmaq olduqca çətindir və faktiki olaraq həmin məbləğlər vergidən yayınır. Ona görə biz verginin artımına ciddi nəzarət edə bilmirik. Mərkəzi Bankın tərkibində monitorinq qrupu yaratmışıq. Bununla əlaqədar qanun qəbul elədik. Xahiş edərdim, monitorinq qrupu bu məsələ ilə məşğul olsun. Niyə nağd hesablaşmalar qeyri-nağd hesablaşmaları üstələyir? Heç olmasa, ildə 10 faiz bunun qarşısını alaq ki, nağd hesablaşmalar get-gedə azalsın. Bu çox ciddi məsələdir, bunun qarşısını almaq lazımdır.
Dünən Ziyad müəllim də qeyd elədi, banklarda faizlər olduqca yüksəkdir. Oqtay müəllim, artıq rayonlarda insan-ların evləri, əmlakları, torpaqları əllərindən alınır, faizləri ödəyə bilmirlər. 20, 25 faizdir. Düzdür, deyirlər, özəl banklardır, amma dövlətin pul-kredit siyasətini aparan orqan – Mərkəzi Bank var. Müəyyən tədbirlər görməlidir. Yunanıstanda, İspaniyada böhrandır. Bir həftə bundan qabaq hökumət qərar verdi ki, böhran olduğu üçün insanların banklara olan borclarına baxmayaraq, əmlakları müsadirə olunmasın. Azərbaycan dövlətinin imkanı ola-ola, niyə bu qədər insan evlərindən çıxarılmalı, çölə atılmalıdır və sair. Bu faiz dərəcələrinə baxmaq lazımdır. Bu çox ciddi məsələdir.
Quba ilə əlaqədar iki məsələni də qaldırmaq istəyirəm. 2010-cu ildə cənab Prezidentin göstərişi oldu ki, Quba–Qonaqkənd–Şamaxı yolu çəkilsin. Bu, hərbi strateji yoldur və onun çəkilməsi ilə əlaqədar hələ 1993-cü ildə qərar var idi. Artıq 2012-ci il qurtarır, amma bu yolda ciddi bir iş görmürük. Yalnız nəqliyyat naziri cənab Ziya Məmmədovun və həmkarım Cavid Qurbanovun xüsusi təşəbbüsü nəticəsində daxili ehtiyatlar hesabına müəyyən qədər iş görüblər. Niyə bu, sərəncama salınmır? Cənab Prezidentin bu yolla əlaqədar göstərişi var. Orada 40-a yaxın kənd var.
Mən sizə bir misal çəkim. Qonaqkənd orta məktəbində 90-cı illərdə 1300 şagird oxuyurdu. Bu gün orada 147 şagird oxuyur. Əhali qalmayıb, kəndlərdən şəhərə köçüblər. Yol, iş yerləri yoxdur. Ona görə də mən cənab Samir Şərifovdan xahiş edirəm ki, bu məsələni mütləq 2013-cü ilin proqramına salsın. Onsuz da biz bununla əlaqədar cənab Prezidentə müraciət edəcəyik.
İkinci ən ciddi məsələ Vəlvələ körpüsü və Vəlvələ çayı ilə əlaqədardır. Bu körpü dağılır. Artıq Qubada iki körpü dağılıb, bu da üçüncüsüdür. Çox pis vəziyyətdədir. 2009-cu ildə qərara alındı ki, bu körpü hökumətin hesabına təzədən tikilsin. Körpü tikilmir. Bunun əksinə Vəlvələ çayında olan çınqıl Bakıya daşınır. Çayın ətrafında olan kəndlər faktiki olaraq pis vəziyyətdədir. Bu çox ciddi məsələdir. Artıq də-rəcə xahiş edirəm ki, Vəlvələ körpüsünün yenidən tikilmə-si, çınqılın Bakıya daşınması ilə əlaqədar məsələyə baxılsın. Onsuz da Bakı–Quba yolu bu çınqılın daşınması ilə əlaqədar dağılıb, pis vəziyyətdədir. Sabah bunu soruşacaqlar. Bu yolda 20–30 tonluq maşınlar hərəkət edir. Mən xahiş edirəm, bu, ciddi məsələ olduğu üçün nəzərə alınsın. Mən belə düşünürəm ki, Azərbaycanın dövlət büdcəsi dünyada gedən maliyyə böhranını nəzərə alanda normal büdcədir və parlament tərəfindən qəbul edilə bilər. Mən buna səs verəcəyəm, həmkarlarımı da buna çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media təmsilçiləri! 2012-ci ildə iqtisadiyyatın dinamik inkişaf ənənəsi davam etmiş, davamlı iqtisadi siyasət nəticəsində ölkənin sosial-iqtisadi siyasətində uğurlu addımlar atılmışdır. Dediyim bu fikirlər hörmətli maliyyə naziri Samir Şərifovun məruzəsində və Hesablama Palatasının sədri cənab Heydər Əsədovun rəyində birmənalı şəkildə öz ifadəsini tapıb. Eyni zamanda, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq maliyyə qurumları və araşdırmalar mərkəzi tərəfindən də qeyd olunmuşdur.
Düşünürəm ki, 2012-ci ildəki davamlı inkişaf 2013-cü il üçün əlverişli zəmin yaradıb və 2013-cü il ölkəmizin sosial-iqtisadi həyatında uğurlu illərdən biri olacaqdır. Hər halda mən buna əminəm. Burada əminimi təmin edən və əsaslandıran ən başlıca şərt, amil ölkə Prezidentinin iradəsi və onun iqtisadi sahədə çalışan peşəkar komandasıdır.
Bütün bunlarla bərabər, bir sıra məsələlərə dair fikirlərimi hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Məndən öncə hörmətli millət vəkilləri fikirlərini söylədilər. Mən çalışacağam ki, təkrar olmasın. Fikirlərimi müəyyən tezislər şəklində bildirmək istəyirəm.
Hər şeydən əvvəl mənimlə razılaşarsınız ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı, aqrar sektor çox müstəsna rol oynayır və qeyri-neft sektorunun inkişafında aqrar sektorun üzərinə düşən yük digər sahələrdən daha çoxdur. Aqrar sektoru inkişaf etdirmək üçün Azərbaycanın kifayət qədər təbii imkanları var. Əlbəttə, dövlət bununla bağlı müəyyən güzəştlər, subsidiyalar həyata keçirir və kənd təsərrüfatı bütövlükdə vergilərdən azaddır. Düşünürəm ki, bu, kifayət deyil.
Söyləndiyi kimi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Astaradan Qubaya, Naxçıvandan Abşerona, Balakəndən cənub rayonlarına qədər bazarlara çıxarılması bir problem olaraq qalır. Seçicilərimiz hər zaman bunu bizim diqqətimizə çatdırırlar. Elə etmək lazımdır ki, yetişdirdiyimiz məhsulları bazara, xüsusilə də xarici bazara çıxara bilək. Xarici bazara çıxmaq üçün, əlbəttə, müəyyən imkanlar yaradılıbdır. Amma mənə elə gəlir ki, bundan sonra da ölkənin gömrük qurumları onlara kömək etmək şərti ilə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılmasında maraqlı olmalıdırlar.
Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün böyük bazar Rusiyadır. Bu yaxınlarda parlamentlərarası əlaqələr üzrə işçi qrupunun iclasında bu məsələlər qaldırıldı və göstərildi ki, Azərbaycandan gedən həm sərnişin, həm də kənd təsərrüfatı məhsullarının daşımalarında Rusiya tərəfindən kifayət qədər problemlər var. Düşünürəm ki, hökumətimiz Rusiya hökuməti ilə bu məsələni müzakirə etməlidir. Bu cür baryerlər, süni maneələr aradan qaldırılmalıdır ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları normal şəkildə xarici bazarlara çıxa bilsin.
Digər bir tərəfdən, düşünürəm ki, kənd təsərrüfatı məhsullarının təkrar emalı ilə bağlı tətbiq olunmuş enerji daşı-yıcılarının qiymətinə də baxmaq lazımdır, çünki bu nə armatur istehsalıdır, nə də alçıpan. Kənd təsərrüfatı məhsulunun təkrar emalı kifayət qədər mürəkkəb məsələdir və ölkəmizə xeyir gətirə, xarici bazarlara çıxa biləcək imkanlara malikdir. Məncə, bu baxımdan da hökumət bu sahədə enerji daşıyıcılarının qiymətləndirilməsi məsələsinə yenidən baxmalı və onu aşağı salmalıdır.
İkinci deyəcəyim məsələ hərbidə xidmət edən zabitlər üçün xidməti evlərin tikilməsi ilə bağlıdır. Hörmətli Samir müəllim, bu çox böyük problemdir. Xahiş edərdim ki, bu məsələni hökumət, ölkə Prezidenti səviyyəsində qaldırasınız, çünki evlərin olmaması ucbatından gənc zabitlərimiz ailə qura bilmirlər. Onların yaşayış səviyyəsi, sözün həqiqi mənasında, çox acınacaqlıdır və bununla bağlı əlimizdə kifayət qədər fakt var. Vaxtın məhdudiyyətini nəzərə alıb onların üstündə dayanmaq istəmirəm.
Düşünürəm ki, elm sahəsində islahatların aparılmasına ciddi ehtiyac var. 129 milyon vəsaitın ayrılması ilə biz heç zaman Azərbaycan alimlərinin Nobel mükafatına layiq gö-rülməsinin şahidi olmayacağıq. Bunun üçün elm sahəsində ciddi və əsaslı islahatlar aparılmalıdır. Tətbiqi və təbiət elmlərinin xüsusi olaraq stimullaşdırılmasına, yeni fundamental yanaşmaya ehtiyac var. Bunu dəfələrlə demişik və düşünürəm ki, bu gün də bu məsələnin üzərində dayanmaq xüsusi olaraq vacibdir. Çünki elm inkişaf etməyincə Azərbaycanın dünya miqyasında sayılıb-seçilən dövlətlər səviy-yəsinə çıxmasında çox böyük çətinliklər və problemlər olacaq. Elmlər namizədlərinin, professorların, elmlər doktorlarının, ali məktəblərdə, tədqiqat institutlarında çalışanların əmək haqlarının artırılmasına, mənə belə gəlir ki, xüsusi şəkildə yanaşmaq lazımdır. Mən istəyərdim ki, bu məsələ də hörmətli Samir Şərifov tərəfindən diqqətə alınsın.
Özəl universitetlərdə müəyyən problemlər var. Məsələ ondadır ki, ölkə Prezidentinin xüsusi tapşırığı əsasında qaçqın, məcburi köçkün və şəhid ailələrin övladları dövlət universitetlərində oxuyurlarsa, onların təhsil haqlarının ödənişlərini dövlət həyata keçirir. Ancaq özəl universitetlərdə bu, həyata keçirilmir. Məhz özəl universitetlərdə həmin kateqoriyadan olan tələbələrin sayı daha çoxdur və onlar o pulu ödəməkdə son dərəcə çətinlik çəkirlər. Mənə elə gəlir ki, buna qayıtmaq, bu fərqi aradan qaldırmaq və özəl universitetlərə də bunu şamil etmək lazımdır.
Mən Vahid müəllimin fikri ilə tamamilə şərikəm ki, dü-nyanın elə bir ölkəsi yoxdur ki, bankların insanlara vermiş olduğu kreditlərin faizi bu dərəcədə yüksək olsun. Araş-dırma aparın, bu gün Bakıda əhalinin yarıdan çoxu bu və ya digər banklardan müxtəlif məqsədlər üçün kreditlər götürüblər, ancaq onların qaytarılması vətəndaşlar üçün çox böyük problem yaradıb. Mənə belə gəlir ki, bu faizin aşağı salınması son dərəcə vacib məsələdir.
Salyan və Neftçala rayonları ilə bağlı danışmaq istəyirəm. Hörmətli hökumət üzvlərinin diqqətində olar, keçən il büdcənin müzakirəsində məsələ qaldırdım ki, Salyan və Neftçala rayonlarının onlarca kəndini dünya ilə birləşdirən yol var. O yolların əsaslı şəkildə qurulması və bərpa edilməsi xüsusi investisiya proqramına salınmalıdır. Mən dəfələrlə bununla bağlı hörmətli həmkarımız Cavid müəllimə müraciət eləmişəm. O öz imkanları daxilində həmin yolların bərpası üçün addımlar atıb. Bu da yamaqlar şəklində olur və yağışdan sonra da o qatlar yuyulur və yollar yenə də bərbad vəziyyətə düşür. Ona görə də çox xahiş edirəm ki, Salyanın 10-dan yuxarı kəndini, həm Şirvan, həm də Salyan rayonu ilə birləşdirən Qarabağlı deyilən ərazidən keçən yolun, eyni zamanda, Cəngən ərazisində Neftçala və Salyanla bu kəndləri birləşdirən yolların bərpası üçün əsaslı vəsait ayrılsın.
Hörmətli həmkarlarımın partiyaların maliyyələşməsi ilə bağlı qaldırdıqları məsələyə mən də qoşuluram. Bu baxım-dan ölkə Prezidentinə təşəkkür edirəm ki, ilk addım atılır. Lakin yaxşı olardı ki, partiyaların siyasi sistemdə yerini və rolunu gücləndirmək, onların strukturlaşmasını təmin etmək üçün ayrılmış vəsait iki dəfə artırılsın. Düşünürəm ki, bu, bütün partiyaların arzusudur və çox istərdim, həyata keçsin. Sonda demək istərdim ki, təqdim edilmiş büdcə zərfinə səs verəcəyəm. Yüksək səviyyədə hazırlanmış bu büdcə zərfi Azərbaycanın növbəti ildə uğurlarının təminatı olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. İlham Məm-mədov.
İ.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Növbəti 2013-cü il və sonrakı 3 il üçün ölkəmizin iqtisadi gücünü, dövlətimizin qüdrətini tam əks etdirən, peşəkarlıqla ha-zırlanmış 2013-cü ilin dövlət büdcəsi müzakirəmizə təqdim olunubdur. Bu, ciddi və qarşıya qoyulan məsələlərin həlli baxımından vacib bir sənəddir və güclü dövlət istiqamətində aparılan uğurlu siyasətin bir göstəricisidir.
Bu gün dünyada borc böhranı səbəbi ilə qlobal iqtisadi artım zəifləmişdir. Buna görə də bəzən iqtisadi proqnozlar özünü doğrultmur, risklərin idarə olunması çətinləşir. Düşünürəm ki, belə bir iqtisadi kataklizm şəraitində ciddi analitik təhlillər apararaq 2013-cü ilin dövlət büdcəsi layihəsini hazırlamaq ciddi bur uğurdur. Hesab edirəm ki, hörmətli nazirimiz Samir müəllim və onun komandası – Maliyyə Nazirliyi bu işin öhdəsindən çox uğurla gəlibdir.
Büdcə ilə yaxından tanış olarkən bu qənaətə gəlmək olur ki, 2013-cü ilin büdcəsi ortamüddətli dövr üçün hazırlanmış inkişaf konsepsiyasında və dövlət proqramlarında nəzərdə tutulmuş məqsəd və hədəflərin həyata keçirilməsini tam təmin edəcəkdir. Odur ki, mən bu layihəyə səs verəcəyəm.
Hörmətli millət vəkilləri, indi isə icazənizlə, bu qənaətə gəlməyimə səbəb olan arqumentlərin bir neçəsini nəzərinizə çatdırım. Büdcənin ən müsbət məqamlarından biri son illərdə olduğu kimi, 2013-cü ildə də əsas maliyyə vəsaitlərinin konkret proqramların icrasına yönəldilməsidir. Mən bunu yeni bir standart hesab edirəm. Ümumiyyətlə, Azərbaycanda möhtərəm Prezidentimizin rəhbərliyi ilə gedən iqtisadi inkişaf özlüyündə bir çox yeni, özümüzə məxsus standartların əmələ gəlməsinə səbəb olmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, 2012-ci ilin 7 oktyabr tarixində möhtərəm Prezident “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində təmsil olunduğum Yevlax şəhərində Kür çayının sahilində uzunluğu 2,5 kilometr olan unikal bir istirahət kompleksinin açılışında rayon ziyalıları, zəhmətkeşləri ilə görüşərkən gözəl bir fikir söylədi ki, əslində, biz əvvəllər bir çox standartlardan, Avropa və müasir standartlardan da-nışırdıq. Ancaq biz bu gün öz inkişaf konsepsiyamız əsasında çox yeni standartlar yaratmışıq. Məsələn, inkişaf, təmizlik, abadlıq, sabitlik kimi standartlar artıq özümüzə məxsusdur.
Mən hesab edirəm ki, ölkənin iqtisadi inkişafını təmin edəcək büdcədə də proqramlarla maliyyələşmə yeni və uğurlu bir standartdır. Bu proqramlarla maliyyələşmə təkcə davam edən proqramları deyil, eyni zamanda, yeni qəbul olunmuş proqramları da əhatə edəcəkdir. Məsələn, ilk dəfə olaraq dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində da-ğınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılmışdır. Hesab edirəm ki, bu kateqoriyadan olan insanların müalicəsi üçün böyük bir vəsaitdir. Yəni səhiyyənin içində bu tip kateqoriyadan olan insanların müalicəsi üçün konkret bir proqram nəzərdə tu-tulmuşdur. Hörmətli millət vəkilləri, 2012-ci ildə Sosial siyasət komitəsinin Milli Məclisə təqdim etdiyi Dağınıq skleroz xəstəliyi haqqında qanun layihəsi müzakirə edilər-kən hesab etmişdik ki, bu qanun qəbul olunandan sonra proqramlarla maliyyələşmə çərçivəsində öz həllini tapa biləcəkdir.
Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan diaqnostik mərkəzlərin, Mərkəzi Neftçilər Xəstəxanasının əvəzsiz və təmənnasız olaraq Sə-hiyyə Nazirliyinə verilməsi ilə əlaqədar olaraq builki dövlət büdcəsindən bu müəssisələrin idarə olunmasına vəsait ayrılmışdır. 2013-cü ilin səhiyyə xərcləri 666,3 milyon manatdır ki, bunun da böyük bir hissəsi – 173,9 milyon manatı məqsədli proqramların və tədbirlərin maliyyələşməsinə sərf olunacaqdır.
Hörmətli millət vəkilləri, şəkərli diabet, onkoloji xəstəliklər bu gün dünya səhiyyəsində qlobal bir məsələdir. Dərman preparatlarının bahalığını nəzərə alaraq təklif etmişdik ki, bu sahəyə maliyyə vəsaiti artırılsın. Mən Maliyyə Nazirliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, builki büdcəni tərtib edərkən çox yüksək səviyyədə bunları nəzərə almışlar. Məsələn, nəzərinizə çatdırmaq istəyirəm. Şəkərli diabet üzrə dövlət proqramına 2013-cü ildə 33,7 milyon manat (2012-ci ildən 21,5 milyon manat və ya 2,8 dəfə çox) vəsait ayrılıbdır. Çox böyük rəqəmdir. Şiş əleyhinə preparatların təminatı ilə əlaqədar nə az, nə çox, 72,4 faiz artım nəzərdə tutulub. Yəni 25,1 milyon manat vəsait ayrılıb. Bu, proqramlarla idarəolunmanın, maliyyələşmənin ən böyük üstünlüklərindən biridir.
Əsas sosial xəstəliklərdən biri olan və bu gün mübarizə-sinə dövlətimizin yüksək diqqət ayırdığı vərəmlə mübarizə tədbirlərinə 5 milyon manat (2012-ci ildəkindən 1,5 milyon manat və ya 42,9 faiz çox) vəsait ayrılıb. Hörmətli millət vəkilləri, vərəmlə mübarizə tədbirləri çərçivəsində mənim millət vəkili olaraq təmsil olunduğum Yevlax şəhərində vərəm xəstəxanasının vəziyyətinin acınacaqlı olması barədə məsələ qaldırılmışdı. Minnətdarlığımızı bildiririk ki, bu, investisiya proqramına salınmışdır. Ancaq bunu bir az tezləşdirmək üçün mən şəxsən hörmətli Baş nazirimiz Artur müəllimin qəbulunda oldum. Nəzərinizə çatdırıram ki, qısa müddət keçməsinə baxmayaraq, artıq 50 çarpayılıq vərəm xəstəxanasının tikintisinə başlanılıbdır. Buna görə də mən fürsətdən istifadə edib hörmətli Baş nazirimizə öz minnət-darlığımızı bildirmək istəyirəm. Ümumi investisiya xər-clərinin özündə səhiyyə infrastrukturunun yaradılmasına xeyli vəsait nəzərdə tutulmuşdur. Onlardan birini rayonu-muzun timsalında sizin nəzərinizə çatdırdım.
Hörmətli millət vəkilləri, deputat həmkarlarımızın qeyd etdiyi kimi, ölkəmizin gələcək iqtisadi uğurlarını özündə əks etdirən 2013-cü ilin büdcəsi çox mükəmməl hazırlanmışdır. Mən bu büdcəyə səs verəcəyəm və hörmətli millət vəkillərini də bu layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bizlərə təqdim edilmiş Hesablama Pala-tasının rəyindən və büdcə zərflərindən göründüyü kimi, Azərbaycan 2013-cü ildə də dinamik inkişaf mərhələsini yaşayacaq, iqtisadi sabitliyi qoruyacaqdır. Bu, əlbəttə, se-vindirici haldır və biz bu uğurlarda cənab Prezident başda olmaqla Nazirlər Kabinetinin gərgin və səmərəli işini yüksək dəyərləndirməliyik.
Ölkənin artan iqtisadi qüdrəti dövlət tərəfindən sosial yönümlü tədbirlərin, sosial proqramların icrasına imkan verir. Buna görə mən də həmkarlarıma qoşularaq diqqəti yenə də müəllim və tibb heyətinin maaşlarının artırılmasının zəruriliyinə yönəltmək istəyirəm. Yeri gəlmişkən, büdcə zərfini nəzərdən keçirərkən bir ifadənin şahidi oldum. Qeyd olunur ki, 2013-cü ildə təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitin bir hissəsi əmək haqqı sisteminin təkmilləşdirilməsinə yönəldiləcək. Mən cənab Samir Şərifovdan xahiş edərdim ki, bu ifadəyə aydınlıq gətirsin. Həmin ifadə əmək haqlarının artımını nəzərdə tutur, ya başqa bir məsələni?
Digər aktual məsələ onunla bağlıdır ki, şəhər və rayon strukturlarının fəaliyyətində çox vaxt qarşılıqlı razılaşma olmur. Bir də baxırsan ki, Bakının mərkəzindəki yola gözəl asfalt örtüyü çəkilir, yeni səkilər salınır və dövlət tərəfindən bu işlərə əhəmiyyətli məbləğdə vəsait ayrılır. Bundan bir heçə həftə sonra başqa bir qurum yolu qazmağa başlayır. Soruşanda ki, nə iş görürsünüz, deyirlər, su, ya yeni telefon kabeli, ya da yeni kanalizasiya boruları çəkirik. Sonra isə digər orqanlar eyni yerə asfaltı ikinci, üçüncü dəfə tökmək məcburiyyətində qalırlar. Bununla bağlı xalq arasında hətta lətifələr gəzir. Mən belə düşünürəm ki, bu qarışıqlığın əsas səbəbi Bakıda vahid idarəçilik mərkəzinin olmamasıdır. Belə ki, paytaxt həyatının müxtəlif sahələrini müxtəlif nazirliklər və orqanlar nəzarət edirlər. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti sanki heç bir şeyə cavabdehlik daşımır. Düşünürəm ki, bu məsələ aktualdır və Bakının idarəçilik sistemi mütləq təkmilləşdirilməlidir.
Biz bu gün dövlətin maliyyə vəsaitlərindən qənaətli və səmərəli istifadədən danışırıq. Lakin rayonlarda icra baş-çıları bir çox hallarda təxirə salına biləcək işlərə külli mi-qdarda vəsait xərcləyirlər. Məsələn, hamımız şahidi olmuşuq ki, hər yeni gələn icra başçısı icra hakimiyyətinin binasını, bazarları, hətta bağışlayın məni, Heydər Əliyev mərkəzini sökərək öz zövqünə uyğun yenidən qurmağa başlayır. Halbuki bu bina və tikililərin vəziyyəti heç də bərbad deyildir və onlar keçmiş icra başçısı tərəfindən bir neçə il əvvəl inşa və ya əsaslı təmir olunubdur. Həmin pulları daha vacib sosial işlərə yönəltmək olardı. Ya da əksər rayonların mərkəzlərində zövqsüz hasarların çəkilməsinə başlanılıb. Lakin o hasarların arxasındakı problemlər həll olunmamış qalır. O hasarların arxasında zibildən ibarət təpəciklər, biçilməmiş və təmizlənməmiş alaq otları, eybəcər binaların xoşagəlməyən görüntüləri var. Daha yaxşı olmazmı ki, magistral yollara yaxın ərazilərimiz abadlaşdırılsın, zibildən təmizlənsin, ağaclar və yaşıl kollar əkilsin.
Yeri gəlmişkən, Zibil tullantılarının yenidən emalı üzrə zavodun tikintisi nəyə görə isə əsassız şəkildə yubanır. Artıq üç iqtisadi inkişaf naziri dəyişib. Hamı da söz verirdi ki, bir-iki ildən sonra bu zavod işə düşəcək. Amma bu işdə hələ də ciddi irəliləyiş yoxdur. Halbuki belə zavodun işə düşməsi Bakı və zibil içində batan Bakıətrafı kəndlər üçün bəlkə də ən aktual məsələdir. Xahiş edərdim ki, bu yubanma məsələsinə də aydınlıq gətirilsin.
Deputat həmkarlarım ipoteka haqqında danışdılar. Mən isə sosial mənzil haqqında bir neçə kəlmə demək istəyirəm. Sovet vaxtı mənzil növbəsi var idi və hər bir vətəndaş nə vaxtsa dövlətdən pulsuz mənzil ala bilirdi. İndi buna imkan yoxdur, lakin onu yeni şəraitə uyğun təşkil etmək olardı. Düşünürəm ki, dövlətimiz nisbətən ucuz sosial mənzillərin tikintisinə başlamalı və onları güzəştlə, məsələn, 50 faiz ödəməklə çoxuşaqlı və gənc ailələrə, müəllimlərə və sosial cəhətdən zəif olan təbəqələrə verməlidir. İnanın ki, bu cür addımlar cəmiyyətimizdə sosial gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq.
Heç kəsə sirr deyil ki, təşkilati və kooperativ maraqlara toxunan qanunlar tez və operativ şəkildə icra olunsa da, sosial-iqtisadi, ekoloji, ictimai sahəyə aid bir sıra qanunlar həddindən artıq çox ləng icra edilir. Bir misal gətirirəm, “Keçmiş məhbusların sosial reabilitasiyası haqqında” Qanunun imzalanmasından 4 il ötür. Lakin qanunda nəzərdə tutulduğu kimi, bu qrup vətəndaşlar üçün bir dənə də olsun sosial reabilitasiya mərkəzi hələ də yaradılmayıb. Bu misalların siyahısını artırmaq olardı.
Mən nazirlik və komitə rəhbərlərinin burada olmasından istifadə edərək yenə bu təkliflə çıxış etmək istəyirəm. Gəlin, bir yerdə xüsusi dinləmələr keçirək və xalqımızı, millətimizi narahat edən bir məsələni, yəni bəzi qanunların pis icra olunmasının, ya da, ümumiyyətlə, icra olunmamasının səbəblərini araşdıraq. Bunun cavabını və həlli yollarını birgə tapmağa çalışaq.
Bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Bu da super marketlərdə bolluca istifadə edilən polietilen paketlərlə əlaqədardır. Onlar bizim üçün gələcəkdə böyük problemə çevrilə bilər. Yaxşı olardı ki, müvafiq qurumlar Azərbaycanda bükmə materiallarının kağızdan istehsalını təmin etsinlər. Hazırda Avropada, Rusiyada kağız paketlərdən geniş istifadə edilir və onlar tədricən polietilen paketlərin yerini tuturlar. Polietilen paketlərə gəlincə, onlar, məsələn, Rusiyada super marketlərdə əhaliyə pulla verilir. Bizdə də bənzər tədbirlər görülməsə, bu nəhəng polietilen kütləsi bir çox ərazilərimizi öz altında məhv edəcək.
Büdcənin müzakirəsindən istifadə edərək seçildiyim Masallı rayonu ilə bağlı iki problemi burada səsləndirmək istərdim. Belə ki, Masallının Kalinovka və Boradigah kimi 10 minlərcə əhalisi olan ərazi nümayəndəliklərində uzun illərdir, mövcud olan xəstəxana binalarının yenidən bərpası-na böyük ehtiyacı vardır. Digər bir aktual məsələ isə qaz çəkilişi ilə bağlıdır. Belə ki, rayon ərazisinə qaz borularının çəkilməsi prosesi nədənsə Qızılağac, Kalinovka əraziləri is-tiqamətində davam etdirilmədən dayandırılıb. Xahiş edərdim, buna diqqət yetirəsiniz və mənim qaldırdığım məsələlərə aydınlıq gətirəsiniz. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli höku-mət üzvləri, hörmətli millət vəkilləri! Mən də ilk öncə vur-ğulamaq istəyirəm ki, gələn ilin büdcə layihəsini dəstəklə-yirəm və hesab edirəm, o həm ölkəmiz, həm də vətəndaşlarımız üçün önəmli sahələrdə vacib məsələlərin həllini ortaya qoyacaq. Amma mən bəzi məsələlərə toxunmazdan öncə, hörmətli Ziyafət müəllim, bir məsələni vurğulamaq istəyirəm. Bu gün səhər mətbuatdan oxuduq ki, Uruqvay parlamentinin spikeri Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətsizlik edib. Uruqvay parlamentinin spikeri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub, hətta onun bu səfərlə bağlı şəkilləri belə yayılıb. O, Azərbaycanın işğal altında olan bölgəsinə gedərək separatçı rejimin rəhbərliyi ilə görüşüb. Təbii ki, bu həm Azərbaycanın ərazi bütövlüyünə, həm də beynəlxalq təşkilatların qətnamə və qərarlarına qarşı çox böyük hörmətsizlikdir. Mən hesab edirəm ki, yəqin, Xarici İşlər Nazirliyi bununla bağlı nota verəcək, amma biz parlament olaraq etirazımızı çox ciddi şəkildə Uruqvay dövlətinə çatdırmalıyıq. Bunun Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq təşkilatların qətnamələrinə zidd olmasını və münaqişənin tənzimlənməsinə ciddi bir zərbə vurmasını xüsusi vurğulamalıyıq. Mən parlamentimiz adından belə bir müraciətin, etirazın göndərilməsini təklif edirəm.
İkinci, burada qaldırılan bir məsələni mən xüsusi vurğulamaq istəyirəm, çünki hər dəfə bu barədə danışıram. Hörmətli Samir müəllim çıxışında ipoteka kreditlərinin həcminin artması ilə bağlı danışdı. Mən hesab edirəm ki, Azərbaycanın reallığında ipoteka kreditlərinin həcmi çox azdır, çünki bu gün gənclərimizin, gənc ailələrimizin ən böyük problemlərindən biri mənzillə bağlıdır. Həm də nəzərə almalıyıq ki, ölkəmizin buna imkanları da var. Mən istəyirəm, buna aydınlıq gətirilsin. Niyə biz bu həcmi artıra bilmirik? Bu, xeyli insanın problemlərinin həlli deməkdir. Biz mətbuat səhifələrindən oxuyuruq, bir çox ailələrdə problemlər məhz mənzil gərginlikləri üzündən yaranır. Biz bu insanların məsələlərinə həssas yanaşmalıyıq. Mən sizə bir misal deyim. Azərbaycanda jurnalistlər orta təbəqəni təmsil edirlər, yəni orta əmək haqqı alan təbəqə hesab olunur. Jurnalistlər belə, bu əmək haqqı ilə ipoteka kreditlərinin alınmasında çətinlik çəkirlər. İpoteka kreditlərinin həcmi artırılmalı, şərtləri də yüngülləşdirilməlidir ki, daha çox insanımız ipotekadan yararlana bilsin. Axı, bu insanlar, sadəcə, dövlətdən müvəqqəti ipoteka, borc istəyirlər və o vəsaiti də qaytaracaqlar. İstəyirlər ki, həyatlarını yüngülləşdirsinlər. Ona görə mən xahiş edirəm, bu məsələyə diqqəti artıraq.
Sonra, burada vurğuladılar, biz xeyli vaxtdır, Mənzil Məcəlləsini qəbul etmişik. Mənzil Məcəlləsində Sosial Mənzil Fondunun yaradılması nəzərdə tutulmuşdu. Amma bu qədər zaman keçməsinə baxmayaraq, fonddan xəbər-ətər yoxdur. Bu məsələnin üzərinə ciddi şəkildə düşmək lazımdır ki, bir çox problemləri həll edə bilək.
Digər bir məsələ təhsil və səhiyyə işçilərinin əmək haqqı ilə bağlıdır. Həmkarlarım qeyd etdilər, həqiqətən, səhiyyə işçilərinin, xüsusilə hamımızı yetişdirən müəllimlərin əmək haqlarının artırılmasına ciddi ehtiyac var. Mən istərdim ki, cənab Prezidentin bu sahə ilə bağlı verdiyi sərəncama aydınlıq gətirilsin.
2011-ci il aprelin 20-də təhsil və səhiyyə müəssisələrində çalışanların dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsinin hazırlanması barədə Prezidentin sərəncamı var. Bu sərəncamda vurğulanır ki, 3 ay müddətində Nazirlər Kabineti təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı konsepsiyanı hazırlayıb təqdim etməlidir. Artıq 2012-ci ilin noyabr ayındayıq. Mən bilmək istəyirəm, bu konsepsiya varmı? Doğrudan da, təhsil və səhiyyə işçiləri dövlət qul-luğunun xüsusi növünə aid edilsələr, onların həm əmək haqlarında, həm də statusunda ciddi dəyişiklik ola bilər. 2013-cü ildə bu konsepsiya ortaya çıxacaqmı? İstərdim, buna aydınlıq gətirilsin.
Ziyafət müəllim, burada bəzi hökumət qurumlarının ol-masından istifadə edib bir məsələni demək istəyirəm. Yəqin ki, bu hamımız üçün önəmli olan bir məsələdir. Bir neçə gün bundan əvvəl xarici ölkələrdən jurnalistlər gəlmişdilər. Qarabağa, Dağlıq Qarabağ bölgəsinə yaxın yerlərə onların səfərlərini təşkil etdik. Bakıdan Dağlıq Qarabağ istiqamətinə gedən yolda bir işarə yoxdur ki, ölkəmizin mərkəzindən Xankəndinə, Şuşaya, Laçına neçə kilometrdir? Buralar bizim ərazilərimiz deyilmi? Oralar bizim işğal altında olan ərazilərimizdir. Həm xarici qonaqlar, həm də böyüyən gəncliyimiz görməlidir ki, Bakıdan Xankəndinə, Şuşaya olan məsafə neçə kilometrdir. Bunu təşkil etmək nə çətin şeydir? Qazaxa gedən istiqamət yazılırsa, o ərazilər üçün də bu işarələri qoymaq çoxmu çətindir? Bu məsələ bir neçə dəfə qaldırılıb və mən hesab edirəm ki, öz həllini tapmalıdır.
Digər bir məsələ barədə danışım. Ermənilər beynəlxalq festivallara nə qədər filmlər çıxarırlar. Yalanlarını, böhtan-larını həyat hekayələri üzərində çatdırırlar. Bu gün film dünyasıdır, kinofilmlərin çox böyük təsiri var. Hər il bu məsələ qaldırılır, amma nəticə yoxdur. Heç olmasa, gələn ilin büdcəsində nəzərdə tutulubmu ki, Qarabağ, Xocalı faciəsini, qaçqın və köçkünlərimizin ağrı-acısını, həyat hekayəsini beynəlxalq səviyyəyə çıxara biləcəyimiz yaxşı bir film çəkilsin. Bu, dünyaya bəlkə də bizim keçirdiyimiz tədbirlərdən daha çox məlumat verə, daha çox təsir edə bilər.
Digər məsələ seçildiyim Tovuz rayonu ilə əlaqədardır. Cənab Prezidentin göstərişi var ki, 2013-cü ildə qazlaşdırma prosesi başa çatmalıdır. Artıq gələn il 2013-cü ildir. Tovuzun sərhəd kəndləri var, insanlar Ermənistanla sərhəddə otururlar. Hələ də bunların qazla bağlı ciddi problemləri var. Mən müvafiq qurumlardan çox xahiş edirəm ki, bu kəndlərin qazlaşdırılması sürətləndirilsin. Bütün günü ön cəbhədə oturan insanların şəraitlərini, təbii ki, hamıdan öncə biz yaxşılaşdırmalıyıq.
Deyəcəyim digər məsələ tibbi sığorta ilə bağlıdır. Hər il büdcədən bu istiqamətə vəsait ayrılır. Amma tibbi sığorta nə bəladırsa, biz bununla bağlı ciddi irəliləyiş görə bilmirik. Problem nədir? Səhiyyədə istədiyimiz məsələlər, o cümlədən tibbi sığorta sistemi yaradılmasa, hamımız başa düşürük ki, bu sahədə problemlər ciddi olaraq qalacaq. Mən bilmək istəyirəm ki, tibbi sığorta sisteminin ölkədə geniş tətbiqi ilə bağlı 2013-cü ildə nə düşünülür və biz bunun geniş əhatə dairəsini görə biləcəyikmi?
Sonda mən bir qadın millət vəkili olaraq bir məsələni bilmək istəyirəm. İki gün öncə hamımız çox ciddi sarsıldıq. Bir günün içərisində 3 qadın qəddarcasına ailədaxili, məişət zorakılığının qurbanı oldu. Amma bu, sadəcə, iki gün əvvəl yaşadığımız sarsıntı deyil. Hər gün oxuyuruq, görürük, məlumat alırıq ki, ailədaxili məişət zorakılığı nəticəsində qadın qurbanların sayı daha da artır. Mənə elə gəlir ki, biz cəmiyyətdə baş verən bu cür məsələləri daha ciddi analiz etməliyik. Dövlət qurumları olaraq biz mətbuatı, medianı da yanımıza alaraq qeyri-hökumət təşkilatları ilə birgə nələri etməliyik? Bu artıq ciddi bir rahatsızlıq yaradır. Bu qədər ölümlər, xəsarətlər narahatlığı artıran məsələlərdir.
Nəhayət, deyim ki, büdcə layihəsi ölkəmizin inkişafı istiqamətində önəmli bir sənəddir, növbəti ildə vacib məsələlər öz həllini tapacaq. Büdcəni dəstəkləyirik, amma qaldırdığımız məsələlərin də öz həllini tapmasını xahiş edirik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Hörmətli deputat həmkarlarım, Yevda müəllim tablodakı siyahı ilə bağlı məsələ qaldırdı. Bununla əlaqədar arayış vermək istəyirəm. Kompüter mərkəzi ilə danışdıq, hazırda çıxışçılar dünənki siyahı üzrə gedir. Mən hesab edirəm, belə də olmalıdır, çünki dünən yazılan deputatlarımız var. Dünən yazılan deputatlarımızın tam siyahısını burada bərpa etmək mümkün deyil. Niyə? Çünki kartlar çıxarılır-taxılır, ardıcıllıq pozulur. Amma siyahını bizə veriblər, biz bu siyahı ilə gedəcəyik, narahat olmayın. Dünənki siyahı isə, yenə deyirəm, kartlar çıxarılıb-salınanda pozulur. Ona görə də mən çıxışçını elan edəndə növbəti çıxışçının da adını çəkəcəyəm ki, hazırlaşsın. Aydın Mirzəzadə. Hazırlaşsın Azər Badamov.
A.Mirzəzadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hör-mətli hökumət üzvləri, hörmətli deputatlar! Bizə təqdim edilən Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi Azərbaycanın bugünkü reallıqlarına, sabahkı inkişafına, ən əsası sosial vəziyyətin yaxşılaşmasına doğru hazırlanmış çox ciddi bir sənəddir. Gələn il üçün təqdim edilən büdcə layihələri bir sıra üstünlükləri ilə diqqəti cəlb edir.
Əlbəttə, ilk diqqəti cəlb edən büdcənin cari ilə nisbətən 3 milyard ABŞ dollarına qədər artmasıdır. Artıq belə artım-larla Azərbaycan cəmiyyətini, deputatları təəccüblən-dirmək olmur. Azərbaycanla eyni vəziyyətdə olan və hətta Avropanın bəzi inkişaf etmiş ölkələri öz büdcələrini nəinki artıra bilirlər, vaxtaşırı büdcələrinin ixtisarına gedirlər. Bu isə cəmiyyətdə böyük gərginliyə səbəb olur. Yəni bu gün Azərbaycan hökumətinin apardığı düşünülmüş siyasət büdcəni qorumağa və ildən-ilə artırmağa imkan verir.
Eyni zamanda, Azərbaycanın strateji ehtiyatları olan valyuta ehtiyatının da ildən-ilə artması diqqəti cəlb edən məsələlərdəndir. Büdcədə diqqəti cəlb edən məsələ Azərbaycan manatının sabitliyinin qorunub saxlanmasıdır. Artıq Azərbaycan vətəndaşları aldıqları pensiyanın, maaşlarının eyni qüvvəyə malik olacağına öyrəşiblər. Hesab edirəm ki, manatın sabitliyinin saxlanması çox böyük bir işdir və bu, hökumətin ilk böyük müsbət işi kimi dəyərləndirilməlidir. Şübhəsiz ki, bu işdə Azərbaycan Mərkəzi Bankının böyük xidməti vardır və bu da qeyd edilməlidir.
İkincisi, büdcəyə əvvəldən nəzərdə tutulan daxilolmaların Vergilər Nazirliyi, Gömrük Komitəsi və digər icra strukturları tərəfindən artıqlaması ilə yerinə yetirilməsi də icra strukturunun öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdiyini göstərir.
Məndən əvvəl çıxış edən deputat həmkarlarım büdcə ilə bağlı bir sıra maraqlı təkliflər verdilər, onların bir çoxu ilə razılaşıram və bunları təkrar etmək fikrində deyiləm. Bununla belə, bir neçə təklifimi səsləndirmək istəyirəm.
Birinci təklifim, ipotekaya ayrılan vəsaitin artırılmasının tərəfdarıyam. Burada səsləndi ki, bu il artırılıb, 40 milyon manata çatdırılıb. Əvvəlki illərlə birlikdə bu, 400 milyon manata qədər vəsaitdir. Amma iş burasındadır ki, ortada 400 milyon yox, aşağı bir rəqəm var, çünki əvvəlki vəsai-tlərin geri qaytarılması üçün hələ onilliklər var. Ancaq 40–50–100 milyon manat vəsait də Azərbaycanın gənc ailələrinin, ümumilikdə ailələrin mənzillə təminatında çox da böyük bir rol oynaya bilmir. Nəzərə alsaq ki, insanların böyük bir qismi məhz ipotekadan asılıdır, onda hesab edirəm ki, ipoteka şərtlərinin həm yüngülləşdirilməsi, həm də həcminin artırılması ilə bağlı ciddi işlər görülməlidir.
Mən bir neçə mənbəni də bildirmək istəyirəm. Məsələn, keçən ilin və bu ilin büdcəsində sovet əmanət bankında qalan vəsaitlərin qaytarılması üçün 1 milyarda qədər vəsait ayrılmışdı. 2013-cü ildə həmin vəsaitlər qaytarılacaq. Deməli, 1 milyard manat artıq sərbəst qalır. Digər tərəfdən, xarici borcların da gələn il aşağı salınması üçün ayrılan müəyyən qədər vəsait də azad olur. Mən tələb etmirəm ki, vəsaitin hamısı mənzil tikintisinə yönəldilsin. Mən hesab edirəm ki, hər il on minlərcə ailənin mənzillə təminatı üçün hökumət ciddi plan hazırlamalıdır və ilk növbədə region-larda ucuz mənzillərin, ipoteka şərtlərinin yüngül olduğu sosial evlərin tikintisi ilə bağlı təkliflər irəli sürülməlidir. Bu, cəmiyyətdə maraqla qarşılanar və problemin həllində ciddi rol oynaya bilər.
Digər məsələ. Seçildiyim Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı planın hazırlanması xahişi ilə hö-kumətə müraciət edirəm. Mingəçevir sovet dövründə eks-periment bir şəhər kimi salınmışdı. 10-a qədər böyük müəssisə bu gün öz bazarını itirdiyindən, texnologiyalar köhnəldiyindən fəaliyyətlərini dayandırmış və yerində kiçik müəssisələr fəaliyyət göstərir. Ancaq onlar əhalinin işlə təminatında, şəhərin sosial-iqtisadi inkişafında ciddi rol oynaya bilmirlər. Ona görə də mən hökumətdən, İqtisadi İnkişaf Nazirliyindən Mingəçevirin inkişafı ilə bağlı xüsusi bir planın hazırlanmasını xahiş edirəm. Bu planın nədən ibarət olacağı barədə təkliflərim yoxdur, çünki mən o sahənin mütəxəssisi deyiləm. Amma hesab edirəm ki, həm dövlət xətti ilə, həm də özəl sektor vasitəsilə Mingəçevirdə yeni müəssisələrin salınması, müəyyən idarələrin yerləşdirilməsi, hətta paytaxtdan müəyyən ali və orta ixtisas təhsili müəssisələrinin köçürülməsi ilə bağlı plana baxmaq olar.
Üçüncü təklifimin büdcəyə heç bir aidiyyəti yoxdur. Amma hesab edirəm ki, bu və ya digər dərəcədə hamımıza toxuna bilər. Mən şəhərin mərkəzində yerləşən Nizami Gəncəvinin heykəlinin yerinin dəyişdirilməsini təklif edirəm. Həmin heykəl 1949-cu ildə istedadlı memar Fuad Əbdürrəhmanov tərəfindən layihələndirilmiş və şəhərin, doğrudan da, görkəmini bəzəyən bir abidədir. Ancaq həmin dövrdən sonra abidənin qarşısındakı küçə parka çevrildi, abidənin kənarında xeyli binalar tikildi. Hazırda orada tikilən dördmərtəbəli yerüstü avtomobil dayanacağı, şübhəsiz ki, parkı artıq məhdudlaşdırdı. Bu gün Nizami Gəncəvinin heykəli, hesab edirəm ki, heç də ona olan hörmətimizi kifayət qədər göstərə bilmir. Şəhərin mərkəzində Məhəmməd Füzulinin, Səməd Vurğunun, Nəriman Nərimanovun, Şah İsmayıl Xətainin möhtəşəm abidələri var. Uzaqdan baxanda həmin abidələrin həm möhtəşəmliyini, həm də həmin şəxslərin böyüklüyünü görürsən. Amma təəssüf ki, böyük Nizamiyə olan hörmə-timiz bu gün onun heykəlinin yeri ilə uyğun gəlmir. Onun hara yerləşdiriləcəyi, görkəmli bir vəziyyətə gətirilməsi artıq mütəxəssislərin işidir, Mədəniyyət Nazirliyinin səlahiyyətində olan məsələdir. Təklif kimi bu məsələnin müzakirə edilməsini xahiş edirəm. Ümumilikdə götürülən-də isə gələn il üçün təklif edilən büdcə layihəsini məqbul hesab edirəm və onun qəbuluna səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aydın müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, tablo artıq hazırdır, kim yazılmaq istəyirsə, buyursun. Amma hələlik biz bu siyahı ilə gedirik. Bu siyahı qurtarandan sonra tabloda yazılanlara keçəcəyik. Azər Badamov. Hazırlaşır Çingiz Qənizadə.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəl-lim, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! İlk olaraq qeyd etmək istəyirəm ki, müzakirə etdiyimiz 2013-cü ilin dövlət büdcəsi layihəsində qeyd olunan makroiqtisadi göstəricilər ölkəmizin iqtisadi dayanıqlığının və inkişafının göstəricisidir. Bu gün dünyada yaşanan qlobal maliyyə böhranından sonrakı fəsadlar dövründə bir sıra Qərb ölkələrinin iqtisadiyyatında hansı çətinliklərin mövcud olduğu hər kəsə bəllidir. Hətta qlobal maliyyə böhranı dövründə belə, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının möhtəşəmliyindən xəbər verir.
Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın inkişaf tendensiyasının çoxşaxəli olması büdcə layihəsində də öz əksini tapır. İnkişaf tendensiyası yalnız böyük regionlarda deyil, rayon və kəndlərimizdə də eyni ahənglə davam edir. Dövlət büdcəsinin ildən-ilə artımı, istər kənd təsərrüfatı, is-tərsə də regionlarda fəaliyyət göstərən digər istehsal sahə-lərinin inkişafını təmin edir. Bu isə nəticə etibarilə vətən-daşlarımızın sosial-iqtisadi yaşamlarının yüksəlməsinə imkan verir.
Bir məsələni qeyd etmək istəyirəm ki, regionlarda yeni infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən sahibkarlığın inkişafına yardım həm də ölkəmizin əsas prioritetlərdən elan etdiyi ərzaq təhlükəsizliyi məsələsinin həllində böyük əhəmiyyət daşıyır. Bu gün müzakirə olunan dövlət büdcəsi ölkəmizin bu istiqamətdə uğurlarının davam etdirilməsinə imkan verir. Qeyd etmək istəyirəm ki, təmsil etdiyim Qusar rayonunda son dövrlərdə görülən işlər, icra olunan layihələr, açılan müəssisələr, o cümlədən tikilən istirahət kompleksləri həm yeni iş yerlərinin yaranmasına, həm də vətəndaşların sosial vəziyyətinin yüksəlməsinə xidmət göstərir. Bu gün Qusarda regionda analoqu olmayan qış və idman turizm kompleksi tikilir ki, bu tikili başa çatdırıldıqdan sonra 5000 nəfər işlə təmin olunacaq və onun nəinki rayonun, həm də respublikamızın iqtisadi inki-şafında, ölkəmizin beynəlxalq miqyasda idman və turizm ölkəsi kimi tanınmasında müəyyən rolu olacaqdır.
Qısa olaraq qeyd etmək istəyirəm ki, regionların sosial-iqtisadi inkişaf proqramı yüksək səviyyədə icra olunmaq-dadır. Amma bu gün dövlət büdcəsinin müzakirə olundu-ğunu nəzərə alaraq, Qusar rayonundan seçilmiş deputat kimi seçicilərimi narahat edən iki məsələni qeyd etmək istəyirəm.
Birinci məsələ, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir sıra müşavirələrdə 2013-cü ilin sonuna kimi ölkədə yaşayış məntəqələrinin qazla təminatının 98 faizə çatdırılmasını qeyd etmişdir. Düzdür, bir sıra bölgələrdə bu iş sürətlə icra olunur, amma Qusar rayonunda 2011–2012-ci illərdə bu istiqamətdə qarşıya qoyulan vəzifələr lazımi qaydada yerinə yetirilməmiş və nəticədə rayon üzrə yaşayış məntəqələrinin 29 faizi, yəni 90 yaşayış məntəqəsindən 26-sı qazlaşdırılmışdır. Hər dəfə seçicilərlə görüşlərimiz zamanı əhali tərəfindən ən çox qaldırılan məsələ də məhz qazlaşma ilə əlaqədardır. Bu gün 2013-cü ilin dövlət büdcəsinin müzakirə olunduğunu nəzərə alaraq, Qusar rayonunda bu istiqamətdə işlərin həyata keçirilməsi üçün vəsait ayrılmasını və əlaqədar təşkilatlardan bu işin icrasını xahiş edirəm.
İkinci məsələ isə əvvəllər Qusar rayonunun mərkəzi ol-muş və 5200-dən çox əhalinin yaşadığı Hil kəndinin içməli su təminatı ilə əlaqədardır. Hil kəndinin içməli su xətləri 1900-cü ildə çəkilmişdir və hazırda istismara yararsızdır, tələbatı ödəmir. Həm də su götürülən ərazilər uzun müd-dətdir, təbii təsirlərin nəticəsində dağılmışdır. Kənd sakinləri tərəfindən dəfələrlə mənə və rayon icra hakimiyyətinə müraciətlər edilmişdir. Bununla əlaqədar olaraq müvafiq orqanlar qarşısında dəfələrlə məsələlər qaldırılsa da, su çəkilişi öz həllini tapmamışdır. Bir daha əhalinin haqlı tələbini nəzərə alaraq, qaldırılan məsələnin həlli üçün lazımi vəsaitin ayrılmasına köməklik göstərilməsini xahiş edirəm.
Əminəm ki, qarşıdan gələn 2013-cü il ölkəmiz üçün yeni nailiyyətlərlə zəngin olacaqdır. Dövlət başçımızın uzaqgö-rən, düşünülmüş siyasi kursu və iqtisadi imkanlarımız buna əsas verir. Təqdim olunan dövlət büdcə layihəsi qanunauy-ğun, ətraflı və mükəmməl tərtib edilərək iqtisadiyyatın bütün sahələrini geniş əhatə etmişdir. Qanun layihəsinə səs verəcəyəm, həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli qonaqlar, dəyərli həmkarlarım! İlk öncə qeyd etmək istəyi-rəm ki, son illərdə dünyada və xüsusilə Avropa ölkələrində iqtisadi böhranın tüğyan etdiyi bir zamanda Azərbaycan Respublikasının valyutasının, manatın məzənnəsinin stabil saxlanılması, eyni zamanda, Azərbaycan Respublikasının dövlət büdcəsinin hər il artması Azərbaycanda iqtisadi siyasətin olduqca düzgün qurulmasının təzahürüdür və alqışlanmalıdır.
Son günlər Milli Məclisdə komitə iclaslarının başda hör-mətli nazir Samir müəllim olmaqla hökumət üzvləri ilə birgə keçirilməsi, millət vəkillərinin dəyərli fikirlərinin cənab nazir tərəfindən qeyd edilməsi və müzakirəyə çıxarılacağına dair söz verməsi, eyni zamanda, nazirin dəyərli şərhləri onu göstərir ki, Milli Məclislə icra strukturları arasında normal əməkdaşlıq formalaşmışdır. Onu da qeyd etməyi borc bilirəm ki, hətta cənab nazirə rayonların sosial-iqtisadi inkişafı ilə bağlı büdcədənkənar etdiyimiz təkliflər, müəyyən problemlərin həlli ilə əlaqədar digər xahişlər normal qarşılanmışdır. Bu istiqamətdə millət vəkillərinə az-çox kömək etmək iqtidarında olduğu üçün Samir müəllimə təşəkkür edirəm.
Amma dövlət büdcəsindəki bəzi sferalarla bağlı müsbət fikirlərimlə bərabər, məni narahat edən məqamları da qeyd etmək istəyirəm. İlk öncə meliorasiya tədbirləri üçün artımın nəzərdə tutulmasını müsbət qiymətləndirsəm də, seçildiyim 80 saylı İmişli–Beyləqan seçki dairəsində yerləşən kəndlərdə qrunt sularının tüğyan etməsi, bəzi kəndlərin boşalması, insanların kəndlərdən getməsi, təbii ki, məni narahat edir. Hesab edirəm ki, meliorasiya sahəsinə diqqət bir az da artırılmalıdır. Fürsətdən istifadə edib Kürdəmir–İmişli yolunun Mollakənddən keçən hissəsinin olduqca bərbad olmasını qeyd etmək istəyirəm. Cənab Prezidentin İmişli və Beyləqana səfəri zamanı şahidi olduq ki, bu yol necə bərbad vəziyyətdədir. Həm Şahin müəllimdən, həm də Samir müəllimdən xahiş edərdim ki, yaxın vaxtlarda bu yolun bərpası üçün müəyyən tədbirlər görsünlər.
Məni narahat edən başqa məqam budur ki, Rabitə və İn-formasiya Texnologiyaları Nazirliyinə ayrılmış 3 milyard 565 milyon manat pulun müəyyən hissəsi “Azərpoçt” dövlət müəssisəsində yaranan zərəri ödəmək üçün nəzərdə tutulmuşdur. Cənab nazir, istəyirəm, nəzərinizə çatdıram ki, Azərbaycanda bu gün ən az maaş alan təbəqələrdən biri poçt işçilərinin əməkdaşlarıdır. Cəmi 140–150 manat maaş almaqla hətta həftənin 6-cı günü də işləmək məcburiyyətin-dədirlər. Bu baxımdan, hesab edirəm ki, poçt işçilərinin əmək haqlarının artırılmasına da diqqət yetirilməsi olduqca vacibdir.
Sosial müdafiə və sosial təminatla bağlı ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə 1 milyard 813 milyon manat vəsaitin proqnozlaşdırılmasını, 2012-ci ilə nisbətdə 27,8 milyon, 2011-ci ilə nisbətdə isə çox astronomik bir rəqəm olan 318 milyon manat fərqi yüksək göstərici kimi qiymətləndirirəm. Belə hesab edirəm ki, bu artım büdcəmizin təxminən 25 faizi sosial yönümlü olduğu üçün müsbət dəyərləndirilə bilər. Amma bir məsələni qeyd etmək istəyirəm ki, pensiya və müavinətlər məsələsində bazarın hazırkı qiyməti nəzərə alınmalıdır. Belə hesab edirəm ki, digər mənbələri araşdırmaqla pensiya və müavinətlərin artırılması istiqamətində dövlətin siyasəti artırılmalıdır.
2013-cü ildə təhsilə ayrılan 1 milyard 550 milyon pulun keçən ilə nisbətən 1,2 faiz, 2011-ci ilə nisbətən 20,6 faiz çox olması alqışlanmalıdır. Amma qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda müəllimlərin əmək haqqı olduqca azdır və bu da cənab nazir tərəfindən müəyyən tədbirlərdə səslənib. Həm tələbələrin təqaüdlərinin, həm də müəllimlərin əmək haqlarının artırılması yolları axtarılıb tapılmalıdır.
Bayaq həmkarım İlham müəllim də qeyd etdi, biz Milli Məclisdə “Dağınıq skleroz xəstəliyi haqqında” Qanun qəbul etmişik və gözləyirdik ki, bu sahəyə diqqət ayrılacaq. Çox haqlı olaraq bu sahəyə 4 milyon manat pul ayrılıb. Amma nəzərə alsaq ki, ölkədə cəmi 70 nəfərə yaxın xəstə mövcuddur, onda 4 milyonun ayrılması bəlkə bir az artıqdır. Amma vərəmli xəstələr üçün 5 milyon pulun ayrılması məni bir az narahat edir. 70 xəstə üçün 4 milyon və 10 minlərcə xəstə üçün 5 milyon manat pulun ayrılması məsələsinə hörmətli nazirimiz, yəqin, diqqət yetirəcək. Bu məsələni müəyyən transfertlə balanslaşdırmaq olduqca vacib olardı. Xroniki böyrək çatışmazlığı xəstəliyi, şəkərli diabetlər üçün büdcədən ayrılacaq vəsaitin artırılması məni olduqca qane edir. Buna görə büdcəni hazırlayanlara təşəkkür etmək istəyirəm.
Əhalinin sosial durumunun daha da yaxşılaşdırılması, sosial-iqtisadi məqsədlərə çatmaq üçün ipoteka kreditlərinin verilməsi mexanizmi sadələşdirilməlidir. Adi kreditlər üzrə də faiz dərəcələri azaldılmalıdır. Girova və orta aylıq əmək haqqına dair tələblər qoyularkən borcalanlara etibar və zamin üzərinə qurulan üsulların tətbiqi, kreditin məbləğinin mənzil bazarının qiymətlərinə uyğunlaşdırılması, sənədləşmə və digər prosedurların sadələşdirilməsi olduqca vacibdir. Bayaq həmkarlarım da qeyd etdilər, ölkədə bank islahatı aparılmalıdır. Dünyanın heç bir ölkəsində bu cür faiz dərəcələri yoxdur. Bu faiz dərəcələri ayrı-ayrı şəxslərin külli miqdarda varlanmasına, 100 minlərcə insanın isə müflisləşməsinə gətirib çıxarır. Belə hesab edirəm ki, gec-tez dövlət bank islahatı adı altında faiz dərəcələri məsələsinə münasibətini bildirməlidir. Həmçinin bayaq dediyim kimi, mənzillərin alınması üçün sosial ipotekaların verilməsində sadə-ləşdirilməyə və mənzillərin bazar qiymətinə uyğun dəyərin verilməsinə ehtiyac var.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üçün vəsaitin artırılması çox düzgündür. Belə hesab edirəm ki, bunun 12,2 faiz nəzərdə tutulması müsbət haldır. Burada əmək haqqının artırılması təxminən 16,6 faiz nəzərdə tutulur. Onu da qeyd etmək istəyirəm ki, hüquq mühafizə orqanlarında əmək haqqının artırılması burada ara-sıra olsa da, neqativ məqamların üzə çıxmasının qarşısının alınmasına xidmət edəcək. Biz əvvəllər də Dövlət Yol Polisində və digər sahələrdə əmək haqqını artırdıq. Bu baxımdan bu, təqdirəlayiqdir.
Bir məsələni də qeyd etmək istəyirəm. Məhkəmə haki-miyyətində texniki və sıravi işçilərin əmək haqları olduqca azdır. Düzdür, biz bu məsələyə bir dəfə baxmışıq, amma hesab edirəm ki, bu il də bu məsələ nəzərdə tutulmalı və artırılmalıdır. Əmək haqqının azlığına görə məhz bu işçilər tərəfindən bəzən xoşagəlməz hallara yol verilir.
90 min əhalini özündə birləşdirən Beyləqan rayonu üçün 15,8 milyon manat, İmişliyə isə 19,5 milyon manat vəsaitin ayrılması, hesab edirəm ki, bu rayonlar üçün olduqca azdır. Yəni 100 minə yaxın insanın yaşadığı bu rayonlar üçün nəzərdə tutulan miqdara bir daha baxılmasını təklif edərdim.
Sonda həmkarlarımı dövlət büdcəsinə səs verməyə çağı-rıram. Amma istərdim ki, burada təklif olunan dəyərli, ağıllı və mümkün olan təkliflər nəzərə alınsın. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hör-mətli hökumət üzvləri, dəyərli millət vəkilləri! Komitənin iclasında mən bir sıra məsələlərə münasibət bildirmişdim, hörmətli Samir müəllim də bu məsələlərin bəzilərini cavab-landırmışdı. Plenar iclasda da bir sıra məsələlərə öz müna-sibətimi bildirmək istəyirəm.
İlk növbədə büdcənin neftdən asılılığı məsələsinə münasibətimi bildirmək istəyirəm, çünki bunu dəfələrlə parlamentdə qaldırmışam, amma təəssüflər olsun ki, Azərbaycanda bu məsələ ildən-ilə irəliləmək əvəzinə geriləyir. Bu gün Azərbaycanın ixrac potensialının 94 faizi neft məhsullarıdır. Bu, bir ölkə üçün çox ciddi faciədir, çox ciddi problemdir. Nəzərə alsaq ki, büdcənin 60 faizi transfertlərin, 25 faiz isə bilvasitə neftdən gələn gəlirlərin hesabına formalaşdırılıb, dediyim mənzərə sizin üçün bir daha aydın olar.
Hökumət, qeyd etdiyim kimi, ciddi doktrina qəbul etmə-lidir və növbəti mərhələdə xərclədiyi pulların qeyri-neft sektorundan gələn gəlirlərlə bağlı mənbəyini müəyyənləşdirməlidir. Çox təəssüflər olsun ki, Azərbaycan hökuməti uzun illərdir, neftin üzərində bir büdcə formalaşdırır, amma neftdən asılılığın aradan qaldırılması istiqamətində, demək olar ki, heç bir addım atmır.
Burada qeyd olunur ki, qeyri-neft sektorunda yeni iş yerləri açılır və sair. Burada 5100 müəssisənin adı qeyd olunur, qarşısında isə yazılır ki, 72 min daimi iş yeri açılıb. Hər müəssisəyə 14 iş yeri düşür. 14 nəfərlik bir müəssisənin hansı şəkildə işləməsi, bütövlükdə həm iqtisadiyyata, həm də işsizliyin aradan qaldırılmasına verə biləcəyi xeyrin miqyası mənə məlum deyil. Nəzərə alsaq ki, ölkədə həm də antiinhisar siyasəti bütövlükdə düzgün istiqamətləndirilmir, Antiinhisar Komitəsi faktiki olaraq fəaliyyət göstərmir və ölkədə inhisarçılıq baş alıb gedir, onda bu, dediyim fikirləri bir daha təsdiq etmiş olar.
Bu yaxınlarda da xırda sexlərin – şirniyyat, çörək, dəmir sexlərindən tutmuş hər şeyə qədər yığışdırılması və bir əldə cəmləşdirilməsi istiqamətində kifayət qədər problemlərin olduğu və iş adamlarının da bununla bağlı həm mətbuat səhifələrində, həm də digər kütləvi informasiya orqanlarında fikirlərini bildirməsi göz önündədir. Kimlər bunu təşkil edir və Antiinhisar Komitəsi hara baxır? Bunun müqabilində “inkişaf gedir” demək nə dərəcədə məntiqə uyğundur?
Mən burada millət vəkillərinin hər birinin çıxışına diq-qətlə qulaq asdım. Nəticədə hər kəs fundamental və ölkəni narahat edən çox ciddi problemlərdən danışdı. Sonda hamı dedi ki, çox ciddi inkişaf gedir və bu büdcəyə görə təşəkkür edirik. Gəlin, rəqəmlərə keçək. Azərbaycanda səhiyyə sis-temində adambaşına düşən və büdcədən ayrılan vəsaitin miqdarı 74 manatdır. Bir adama 74 manat düşür. Bu 74 ma-natın içərisində tibbi personalın pulu, aldığı maaşı (illikdən söhbət gedir), alınan texniki avadanlıqlar və sair var. Mən başa düşə bilmirəm, 74 manatın içərisində əgər bunların hamısı yerləşdirilibsə, hansı inkişafdan söhbət gedir? Əgər tibbi sığorta kartları yoxdursa, Azərbaycan vətəndaşını necə müdafiə edirik? Hansı şəkildə inkişaf gedir? Azərbaycan vətəndaşının sağlamlığı və təhsili hər şeydən öncədir.
Təhsil məsələsinə gələk. Bir Azərbaycan vətəndaşının təhsilinə büdcədən ayrılan vəsait 174 manatdan artıq təşkil etmir. Gəlin, dünyanın aparıcı ölkələri və yaxud Avropa ölkələri ilə müqayisə aparaq. Çox tez-tez səsləndirdiniz ki, Avropa məkanında bu qədər geriləmələr olduğu halda, biz irəliləyiş əldə etmişik. Hansı irəliləyişlər var? Onlarda vəsait 4 mindən başlamış ən aşağı səviyyədə 1300-ə qədərdir. Görün, fərq nə qədərdir? Hansı inkişafdan söhbət gedir?
Pensiya təminatı. Hörmətli hökumət üzvləri, əgər son 20 ildə ilkin bazanı 50 manatdan götürmüş olsaydıq (ekviva-lenti, təbii ki, 50 manata bərabər tutan denominasiyanı nə-zərə almasaq), ildə 10 faiz qaldırsaydıq, bu gün Azərbay-canda ən aşağı pensiya alan 300 manat alardı. Bu gün 150 manatdan artıq pensiya almır, necə yaşasın?
Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi qərar qəbul edib ki, müəllim 24 saatdan artıq dərs deyə bilməz. 24 saata isə müəyyən elədiyi maaşın miqdarı 168 manatdır. Müəllim bu maaşla necə yaşasın? Rayonlarda kadr çatışmazlığı ucbatından müəllimlər 36 saat, 40 saat, bəzən də ondan artıq dərs deyirlər, amma maaşları ödənilmir. Deyirlər ki, Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi bununla bağlı qərar qəbul edib. Həm maliyyə nazirindən, həm də təhsil nazirindən xahiş edərdim, aydınlıq gətirsinlər ki, rayonlarda müəllimlərin pulu necə ödəniləcək.
Təsəvvür edin, təhsil bir milləti, xalqı çiyinlərində daşı-yan sahədir. Azərbaycanda bir olimpiya çempionuna ayrılan 400 min manat vəsait bir müəllimin 2380 ay, yəni 198 il ərzində alacağı maaşa bərabərdir. Budur ədalət? Millət o olimpiya çempionatında bir bayrağı qaldıranın çiynində dayanmır, təhsilin, elmin üzərində dayanır. Göstərin mənə, 700 bal toplamış tələbəyə Prezident təqaüdündən başqa nə vermisiniz? Xaricdə təhsil alıb gəlmiş tələbəyə nə vermisiniz? Bunu göstərin. Bir idmançıya 400 min manat pul ayırarlar? Amerika Birləşmiş Ştatları 25 min dollar ayırır. 400 min manat, 500 min dollar vəsait ayrılır. Yenə qeyd edirəm, bu bir müəllimin 198 il, 2380 ay ərzində ala biləcək maaşa bərabərdir. Budur ədalət? Bu, ədalət deyil. Bu, inkişaf da deyil. Bu siyasətlə milləti uzun müddət bir yerlərə aparıb çıxarmaq mümkün deyil.
Mən ona görə deyirəm ki, iqtisadi doktrina dünyanın bu-günkü şərtlərinə uyğun qəbul olunmalıdır. İdarəetmədən tutmuş digər sahələrə, qeyri-neft sektoruna ayrılan vəsaitin hansı səviyyədə xərclənəcəyi doğru, dürüst nəzərə alın-malıdır.
Bəli, bu gün Azərbaycanda infrastruktur layihələri həyata keçirilir. Biz də bunu alqışlayırıq. Amma infrastruktur layihələrinin hamısı 5 ildən sonra yenidən dövlət büdcəsindən amortizasiya xərcləri istəyəcək. Haradan alıb, necə verəcəyik? Dövlət Neft Fondundan transfertlərin bu gün əgər 7 milyardı infrastruktur layihələrinə ayrılıbsa, onun, heç olmasa, 3,5 milyardı elə sahələrə ayrılmalıdır ki, o, 3 ildən sonra 1 manata 10 qəpik xeyir gətirsin. Əgər bu rəqəmlərlə yanaşmış olsaydıq, 2007-ci ildən bu yana Azərbaycanın dövlət büdcəsinə qeyri-neft sektorundan daxil olan vəsaitin miqdarı ən azı 2 milyard manat olardı. Hökumət bunu müəyyənləşdirmir.
Bəli, başa düşürük, sovet dönəmində yollar, kanalizasiya, su, qaz və sair sistemlərin hamısı bərbad vəziyyətdə olub. Amma bərbad vəziyyətdə olub deyə bu gün bütün vəsaiti o istiqamətə yönəldib hökuməti sabah problemlərlə üz-üzə qoymaq nə dərəcədə məntiqli və doğrudur?
Təkcə elə bu ilin büdcəsində, sizin yazdığınız hesabatda neftin ixracatı və hasilatı 5,4 faiz aşağı düşməyib? Kim təminat verir ki, sabah 10,5 və yaxud 20–25 faiz olmayacaq? 3 il bundan əvvəl bir ayın içərisində dünya bazarında neftin qiyməti 40 dollara düşdü. Kim təminat verir ki, sabah ondan da aşağı düşməyəcək? Sovet hökuməti boyda bir imperiyanı neftin qiymətinin 28 dollardan 14 dollara düşməsi dağıtdı. Biz dövləti təkcə bunun üzərində qururuq? Başa düşək ki, qonşu dövlətlərin bizi təhdid etməsi və sair var. Ehtiyat fondunda cəmi ikiillik pulumuz var. Ondan artıq yoxdur. Bizim milyardlarımız, 15 il bu siyasəti dəyişdirmək üçün ehtiyat fondlarımız yoxdur.
Ona görə hörmətli hökumət üzvlərindən xahiş edərdim ki, yeni siyasi doktrinanın hazırlanmasını sürətləndirsinlər və bu istiqamətdə ciddi şəkildə qərar qəbul etsinlər. Yeni iqtisadi doktrina qəbul olunmayana, hər xərclənən qəpiyin gələcəkdə nə qədər gəlir gətirəcəyini aydınlaşdırmayana qədər “Azərbaycanda inkişaf var” demək mümkün deyil. Bu, sadəcə olaraq, neftdən gələn pulların bir istiqamətə qoyulub xərclənməsidir. Hesab edirəm, saydığım faktlar barədə hökumət nümayəndələri ciddi düşünəcək və növbəti büdcədə də bu sistemi nəzərə alacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Abel Məhərrəmov.
A.Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. İlk növ-bədə istərdim ki, parlamentdə iştirak edən hökumət üzvlərini və deputat həmkarları salamlayım. Qeyd etmək istəyirəm ki, doğrudan da, çıxış edənlər maraqlı təkliflər verdilər. Hökumət üzvlərinin çıxışları əsaslandırılmış şəkildə idi. Bütün bunları dinlədikdən sonra belə qənaətə gəlmək olur ki, doğrudan da, 2013-cü ilin büdcəsi strateji istiqamətdə düzgün planlaşdırılmışdır və dövlətin dinamik inkişafını bir daha təsdiqləyir. Bu isə onu göstərir ki, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi günü-gündən inkişaf edir və güclənir. Təbii ki, bu da bizi sevindirməlidir.
Eyni zamanda, Azərbaycan dünya dövlətlərinin maraq dairəsindədir. Mən tez-tez xarici ölkələrdə oluram, elm-təhsillə bağlı çıxışlar edirəm. Ölkə haqqında danışarkən Azərbaycan iqtisadiyyatı haqqında düşüncələrimi ortaya qoyuram, elmimizin, təhsilimizin inkişafı haqqında məlumat verirəm. Yerdən həmişə sual olur ki, necə ola bilər, müharibə şəraitində yaşayan, qaçqını, köçkünü olan bir dövlət belə dinamik inkişaf edir? Bizim inkişaf modelimizlə maraqlanırlar. Təbii, biz başa düşürük ki, bütün bunların əsasında ümummilli liderimiz Heydər Əliyevin siyasəti və ölkə rəhbərimiz cənab İlham Əliyevin titanik fəaliyyəti durur.
İndi isə büdcə zərfi haqqında bir neçə kəlmə fikrimi demək istəyirəm. Ədalət naminə demək lazımdır ki, büdcə zərfi iqtisadiyyatın düzgün planlaşdırılması əsasında formalaşmışdır. İnvestisiya, sosial yönümlüdür, ölkənin müdafiəsinə və hərbi qüdrətinin artırılmasına yönəldilib. Regionların inkişafını və digər sahələri düzgün əhatə edibdir. Bir sözlə, bu layihə akademik düşüncə ilə hazırlanıb və ortaya qoyulubdur. Mən oxuyarkən gördüm ki, hətta orada çoxlu sxemlər, cədvəllər var və bunların hamısı bir-birini təsdiqləyir, tamamlayır. Adama elə gəlir ki, bunu bir nazirlik, bir idarədə işləyən insanlar yox, elə bil, elmi tədqiqat institutu hazırlayıb, çünki çox tarazlaşdırılmış və balanslı bir büdcə zərfidir. Bəlkə də gələcəkdə Maliyyə Nazirliyi nəzdində bir elmi tədqiqat institutu da olmalıdır ki, bu yoldaşlara, əməyi olan insanlara dəstək versin. Ona görə, hörmətli nazirimiz Samir müəllim başda olmaqla Maliyyə Nazirliyinin bütün əmək-daşlarına öz təşəkkürümü bildirmək istəyirəm.
Təbii ki, bütün işlərdə olduğu kimi, burada da insanı dü-şündürən məqamlar var. Ancaq ilk növbədə deputat həm-karım İqbal Ağazadənin Dövlət Neft Fondundan transfert-lərlə bağlı fikrinə toxunmaq istəyirəm. Təbii ki, bunu düz-gün qəbul etmək lazımdır. Hər ölkənin, hər millətin bir ta-leyi var. Elə ölkə var ki, meşəsi çoxdur, mebel və ya digər taxta məmulatları hazırlayıb ölkəni vəziyyətdən çıxarır. Elə ölkə də var ki, onun yaşıllığı, faunası, florası yerin altın-dadır, onu çıxarıb dövlətçiliyi inkişaf etdirir. Yəni bunu başa düşmək lazımdır və fərdi yanaşmaq düzgün deyil. Yəni bizim yerüstü sərvətlərimizin bir hissəsi – faunamız, floramız yerin altındadır, karbohidrogenlərə çevrilibdir. Biz də bu gün ondan çox düzgün istifadə edirik. Neft ölkələrində oxşar məsələlər var. Bir daha qeyd etmək istəyirəm ki, buna fikirlərimizi yönəltməyə böyük ehtiyac yoxdur.
Mən, təbii ki, təhsil işçisi, elm adamı kimi istərdim ki, təhsil və elm xərcləri ilə əlaqədar düşüncələrimi ortaya qo-yum. Əvvəla, onu demək istəyirəm ki, böyük ingilis siya-sətçilərindən biri belə bir fikir ortaya qoyub ki, Amerika universitetləri ona görə güclü deyil ki, super Amerika döv-lətinin universitetləridir. Amerika dövləti ona görə super dövlətdir ki, onun güclü universitetləri var. YUNESKO XXI əsri elm-təhsil əsri adlandırıbdır. XXI əsrin sonunda əsgər-lərin süngülərini, təbii ki, qələmlər əvəz edəcəkdir. Biz bu barədə düşünməliyik. Ona görə bütün layihələrdə təhsilə önəm vermək, onu dəstəkləmək lazımdır.
2013-cü il büdcəsinin təhsil xərcləri bölməsində xeyli – 18,8 milyon, yəni 1,2 faiz irəliləyiş var. Bu bizi sevindirir. Bilirsiniz ki, təhsil xərclərində məktəbəqədər, natamam və orta, internat və xüsusi məktəblər, texniki-peşə və ali təhsil bölmələri var. Bunların hamısında xeyli irəliləyiş var və hamısı bir-birinə zəncirvarı şəkildə bağlıdır. Bu bizi çox sevindirir. Ancaq məni narahat edən bir məqam var, istərdim ki, bu barədə öz fikirlərimi deyim. O da, təbii ki, birbaşa ali təhsil xərcləri ilə bağlıdır.
Ali təhsil xərcləri əgər 2012-ci ildə 544 milyon manat təşkil edirdisə (sıfırdan sonra rəqəmlər vardır, onlara diqqət yetirmək istəmirəm), 2013-cü ildə bu rəqəm 445 milyon manatla əvəzlənibdir. Yəni bəzi bəndlərdə 59 faiz, bəzilərində isə 39 faiz aşağı düşübdür. Ola bilər, sxemə baxırsınız, ali təhsilə 57 milyon manat ayrılıbdır. Ancaq nəzərə almaq lazımdır ki, “təhsil sahəsində digər xidmətlərə” 388 milyon manat ayrılıb. Mən hər ikisini cəmləyib ümumi rəqəm deyirəm. Yəni ali təhsilə 445 milyon manat ayrılıbdır.
Düzdür, 15-ci səhifədə bir sətirdə gedir. Bəlkə hörmətli Samir müəllim sonra buna bir aydınlıq gətirəcək. Bəlkə o çatışmayan 100 milyon manat… Dövlət büdcəsi layihəsində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi üçün 152,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulubdur. Hörmətli Samir müəllim, əgər 100 milyon manat transfert olunacaqsa, bu bizi bir az narahat etməyə bilər, çünki heç olmasa, büdcə layihəmiz əvvəlki ildəki qədər olacaq. Yox, əgər burada transfert olmayacaqsa, bizdə narahatçılıq başlayır. Niyə? Bütün Azərbaycan cəmiyyəti gözləyir ki, müəllimlərin maaşı, elmi adlara verilən vəsait artacaqdır.
Hörmətli deputatlar, bir şeyi nəzərə alın ki, tələbənin 4 və ya 6 ili onun gələcək 60 ilini müəyyənləşdirir. Yəni 4 ildə aldığı təlim-tərbiyə gələcəkdə onun cəmiyyətdə tutacağı mövqeyi və ölkəyə verəcəyi xeyri formalaşdırır. Əgər müəllimin vəziyyəti ağır, çətin, çıxılmaz olarsa, elmi tədqiqat işləri aparılmazsa, onda hansı köməklikdən söhbət gedə bilər?
Sonuncu fikrim ondan ibarətdir ki, bilirsiniz, elm, təhsilə yardım fondları inkişaf edir, ancaq bir şeyi nəzərə almaq lazımdır. Hələ elmlər namizədlərini demirəm, Azərbaycanda 1800 elmlər doktoru var. Onların üçdən ikisi – 1200-i ali məktəblərdə, 600-ü isə Milli Elmlər Akademiyasında işləyir. Mən MEA-nın üzvüyəm, əlbəttə, onu dəstəkləyirəm. Həqiqətən, MEA inkişaf etməlidir, ona ayrılan vəsait artmalıdır, ancaq ali məktəblərdə də alimləri elmi müstəvidə stimullaşdırmaq lazımdır. Necə ola bilər ki, bu onlara şamil olunmasın, bunu başa düşə bilmirəm. Ancaq buna baxmayaraq, yenə deyirəm ki, büdcə strateji müstəvidə planlaşdırılımış bir layihədir, ona səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Abel müəllim. Kamilə Əliyeva.
K.Əliyeva. Çox sağ olun. Cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! İlk növbədə dövlət büdcə-sinin hazırlanmasında iştirak edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Göründüyü kimi, qanun layihəsi çox mükəmməl hazırlanmışdır. Qanun layihəsi ilə tanış olan zaman bir daha əmin oluruq ki, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi sosial yönümlüdür və insanların sosial rifahının yüksəldilməsi üçün mükəmməl bir sənəd sayıla bilər.
Qanun layihəsi ilə bağlı öz təkliflərimi diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsində texniki-peşə məktəbləri və liseylərə təqribən 81 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Yüksək səviyyəli peşə işçiləri hazırlayan təhsil müəssisələri yaratmaq üçün qeyd olunan vəsait, mənə elə gəlir ki, yetərli deyil. Bildiyiniz kimi, Azərbaycanda texniki-peşə təhsilinin tarixi XIX əsrə təsadüf etsə də, bu təhsil pilləsinin geniş inkişafı ümummilli liderimiz Heydər Əliyevin ilk hakimiyyət dövrünə təsadüf edir. Sovet dövründə texniki-peşə məktəbləri yüksək maddi-texniki baza ilə təchiz olunurdu. Texniki-peşə məktəblərində hazırlanan gənclər çox savadlı və qabiliyyətli mütəxəssislər kimi formalaşırdılar. Həmin dövrdə texniki-peşə təhsili müəssisələrində 100 minə yaxın gənc təhsil alırdı. Hazırda respublikamızın bir sıra rayonlarında hələ də peşə təhsili müəssisələri yoxdur. Son 3 ildə dövlət tərəfindən ayrılan vəsait, demək olar ki, bu sahənin hərtərəfli inkişaf etdirilməsinə imkan vermir.
Bildiyiniz kimi, hər il Azərbaycan Respublikasında tam orta təhsil bazasını bitirən məzunların sayı 100 minə yaxın-dır. Bunlardan yalnız 30 minə yaxını plan üzrə ali məktəb-lərə daxil olurlar. Belə çıxır ki, hər il yerdə qalan təqribən 70 minə yaxın gənc əmək bazarına heç bir ixtisası və səriştəsi olmadan daxil olur. Ona görə də mən cənab maliyyə nazirindən xahiş edərdim ki, Azərbaycan Respublikasının bölgələrində maddi-texniki bazaya malik olan texniki-peşə məktəbləri və liseylərin yaradılması üçün vəsaiti mümkün qədər artırsınlar.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə təqribən 494 milyon manat vəsait ayrılır. Bunun da 90 faizindən çoxu kənd təsərrüfatına ayrılıb. Bu gün Azərbaycandakı ekoloji durum, açıq etiraf edək ki, heç kimi qane etmir. Meşə təsərrüfatına ayrılan 11 milyon manata yaxın məbləğ düzgün olaraq ekoloji durumun hansı vəziyyətdə olduğunu sübut edir. Qeyd etmək istəyirəm ki, məbləğ yetərincə yüksəkdir və bu sahədə işləyən müvafiq təşkilatlar əməli işə keçməli, ekoloji tarazlığı qoruyub saxlamalıdırlar.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsində torpaqların münbitləşməsinə vəsait ayrılmamışdır. Bildiyiniz kimi, respublikamızda bu gün şoranlaşmağa məruz qalan minlərcə hektar torpaq sahəsi mövcuddur. Bu torpaqları münbitləşdirib, əkin üçün yararlı vəziyyətə gətirib Azərbaycanda kənd təsərrüfatını daha da inkişaf etdirmək olar. Xahiş edirəm, bu məsələyə də diqqət yetirəsiniz, çünki bəzi aran rayonlarında bu gün münbit hesab edilən torpaqlar şoranlaşmağa doğru gedir. Bu haqda müvafiq nazirliklər və komitələr ciddi düşünüb öz təkliflərini verməlidirlər.
Sonda bir məsələni deyim. Gəlirlərin mənbələrində göm-rük rüsumlarından gələn gəlirlər də öz əksini tapır və burada idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq ediləcək gömrük rüsumu təqribən 51 milyon manat nəzərdə tutulur. Azərbaycan Respublikasında avtonəqliyyat vasitələri kütləvi surətdə istehsal olunmadığı üçün mən də xarici ölkələrdən gətirilən avtomobillərə tətbiq edilən rüsumlarla razıyam. Bununla yanaşı, mənə elə gəlir ki, Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı və sənaye mallarının xaricdən idxalının rüsumlarını da artırmaq lazımdır. Məndən əvvəl Vahid müəllim bu haqda məlumat verdi, xaricdən idxal olunan məhsullar Azərbaycanda istehsal olunan məhsullardan ucuz başa gəlir. Bu da respublikada kənd təsərrüfatı və sənayenin inkişafına öz mənfi təsirini göstərir. Təklifim bundan ibarətdir ki, qeyd olunan məhsulların Azərbaycan Respublikasına idxalı ilə bağlı gömrük rüsumlarına yenidən baxılsın və həmin rüsumların məbləği müəyyən qədər artırılsın. Bir daha qeyd edirəm, büdcə mükəmməl hazırlanıb və mən ona səs verəcəyəm. Həmkarlarımı da bu büdcə layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Çox sağ olun, cənab Sədr. Hörmətli hö-kumət üzvləri, hörmətli həmkarlar! Azərbaycan Respubli-kasının 2013-cü il dövlət büdcəsi ilə bağlı sənədlər, Hesa-blama Palatasının rəyi əvvəlcədən hər bir millət vəkilinə paylanmış, Milli Məclisin bütün komitələrində ətraflı şəkildə müzakirə edilmiş, millət vəkillərinə qeyd və təkliflərini bildirmək üçün lazımi imkan yaradılmışdır. Buna görə mən ilk növbədə müvafiq şəxslərə və qurumlara öz təşəkkürümü bildirmək istəyirəm.
Məlumdur ki, dövlət başçısı tərəfindən Azərbaycanın mövcud iqtisadi kapitalının insan və intellekt kapitalına çevrilməsi hökumətin qarşısında bir vəzifə kimi qoyulmuşdur. Bu vəzifənin yerinə yetirilməsi, şübhəsiz, təhsil və elm sahələrinin inkişafından və dövlət tərəfindən bu sahələrə dəstək verilməsindən keçir. Büdcə layihəsinin təhlili göstərir ki, elm və təhsilə ayrılacaq vəsaitin həcminin artırılmasına xüsusi diqqət yetirilmişdir. 2013-cü ilin dövlət büdcəsi layihəsində təhsilə ayrılan ümumi vəsait 2011-ci və 2012-ci illərin göstəricilərindən çoxdur. Başqa sözlə desək, təhsilə ayrılan vəsaitin artımı ilə bağlı müsbət dinamika gələn il də davam etdiriləcəkdir.
Təhsil işçisi kimi, xüsusilə “məktəbəqədər və ibtidai təh-sil” köməkçi bölməsi üzrə vəsaitin artırılması ilə bağlı hələ keçən il büdcə dinləmələri zamanı hörmətli maliyyə nazirinə müraciətlərimizi qeyd etmək istərdim. Sevindirici haldır ki, bu il məktəbəqədər və ibtidai təhsilə ayrılan vəsait 2012-ci ilin göstəricisi ilə müqayisədə 51,2 faiz artacaqdır. Məlumdur ki, cənab Prezidentin sərəncamı ilə bir sıra uşaq bağçası və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdir. İnanıram ki, maliyyə artımından sonra da bu sahədə inkişafın şahidi olacağıq. Bağçaların maddi-texniki təchizatının yaxşılaşdırılması, uşaqların keyfiyyətli ərzaqla təminatı üçün bu addımların müsbət nəticələri olacaqdır.
Təhsil sahəsində əmək haqqı sisteminin təkmilləşdiril-məsi üçün 152,2 milyon manat vəsait nəzərdə tutulmuşdur. Məlumdur ki, respublikamızda təhsil işçilərinin əməyinin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan əmək haqqın-dan başqa, bir çox ali təhsil müəssisələrinin büdcəsindən də əlavə məbləğ ödənilir. Bu isə ali təhsil müəssisələrində işləyən müəllimlərin maddi vəziyyətini az da olsa, yaxşılaşdırır. Orta məktəblərdə belə bir təcrübə olmadığından deputat həmkarlarımın təkliflərinə qoşularaq, xahiş edərdim ki, məhz orta məktəblərdə çalışan şəxslərin əmək haqlarının artırılması ilə bağlı məsələ büdcədə nəzərdə tutulsun. Bu baxımdan təhsil xərcləri üçün ayrılan vəsaitin bir qədər də artırılması nəzərdən keçirilsə, yaxşı olardı.
Sumqayıtdan seçilən bir millət vəkili olaraq qeyd etmək istərdim ki, Sumqayıt şəhəri Abşeron rayonu ilə birlikdə keçən il olduğu kimi, bu il də öz yerli xərclərini tam həcmdə yerli gəlirlərinin hesabına ödəyəcəkdir. 2013-cü ildə Şirvan şəhərinin də bu sıraya əlavə olunması dövlət tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasətin davamı olacaqdır. Büdcə layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün çox ciddi bir maliyyə sənədi müzakirə olunur. Bir neçə ildir ki, mən də bu ciddi sənədin müzakirəsində iştirak edirəm. Həmişə də dəyərli fikirlərimizi demişik, mülahizələrimizi irəli sürmüşük. Oqtay müəllim, son 5–6 aydır ki, müxalifət yönümlü mətbuatda bir ənənə yaranıb. İqtidar deputatları büdcə sənədinin və digər bir məsələnin müzakirəsində tənqidi mülahizələrini deyəndə onu qabardıb ya hökumətə, ya dövlətə, ya da cənab Prezidentin apardığı siyasətə qarşı qoyurlar. Bu çox yanlış addımdır.
Büdcənin 6 komitədə müzakirəsindən sonra mən mətbuatı izlədim. İqtidar deputatlarının ağzından çıxan cümlələrdən tutaraq yazırlar ki, guya biz Azərbaycanda inkişafın olmadığını, kənd təsərrüfatının gerilədiyini, büdcənin zəif olduğunu deyirik. Bütün bunlar çox ucuz hörmət qazanmaq siyasətidir. İqtidar deputatı öz fikrini deyə bilər. Büdcədə çatışmayan cəhətləri, daha doğrusu, növbəti illərdə diqqəti nəyə yönəltmək lazım olduğunu deməsi – bu tənqid hökumətə qarşı çevrilməyib. Biz seçicilərimizin arzularını və xoş niyyətlərini bu zala gətiririk. Belə ciddi sənədlərin müzakirəsində seçici tapşırıqlarını önə çəkirik, yəni seçildiyimiz rayonların problemlərini qabardırıq.
Mən bu gün bəyan edirəm ki, bu çox akademik, çox gözəl hazırlanmış bir büdcədir. Bu büdcə ilə biz dinamik inkişafa nail olmuşuq və sübut etmişik ki, ölkəmiz doğru yoldadır. Ulu öndərin iqtisadi-siyasi strategiyası bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir və bundan sonra da belə gedəcəyik.
Mən onların yadına bir şeyi salmaq istəyirəm. I və II çağırışlarda büdcə müzakirəsində milyonlardan söhbət ge-dirdi. Milyardları heç ağlımıza belə gətirə bilmirdik. Mən əminəm ki, 4–5 ildən sonra nəinki 20, 50–60 milyarddan söhbət gedəcək. Mən bilirəm, bu insanlar o vaxt da belə bəlağətli çıxışlar edərək büdcəni tənqid edəcəklər, sanki ölkədə inkişafın olmadığını sübut etmək istəyəcəklər.
Mən bunları deməklə ürəyimi boşaltmaq istəyirdim. Həm də demək istəyirdim ki, biz də insanıq, biz də çatışmayan cəhətləri deyə bilərik. Məgər iqtidar deputatları sifarişlə danışırlar? Xeyr. Mən iqtidarın bütün tədbirlərində iştirak edirəm. Heç bir yuxarı təşkilat və ya kimsə nəyi isə danışmağı göstəriş verməyib. Bu zalda hər kəs öz ürək sözünü deyə bilər. Bizim dediyimiz sözdən tutub ucuzluğa getmək lazım deyil.
Mən seçicilərimi narahat edən bir sıra problem haqqında danışmaq istəyirəm. Bizim rayondan seçilən digər həmkarım Vahid müəllim çox gözəl, elmi cəhətdən əsaslandırılmış şəkildə həm büdcənin parametrlərinə, həm də rayonun problemlərinə diqqəti yönəltdi. Oqtay müəllim, keçən il hökumətin hesabatında mən də Qonaqkənd məsələsini qaldırmışdım. Bu gün bir sıra nazirliklərə, xüsusilə Səhiyyə Nazirliyinə minnətdarlığımı bildirirəm. Uzun illər idi ki, orada xəstəxana tikilməmişdi. Çox gözəl, müasir bir xəstəxana tikildi. Mən bir ay bundan öncə onun açılışında oldum. Polis, poçt, məktəb binaları əsaslı təmir edildi. Vahid müəllim, – Allah canını sağ eləsin, – öz şəxsi vəsaitindən məscid tikdi.
Görürsünüzmü, bu elə özü inkişafdır. Amma bundan da çox inkişaf etmək imkanlarımız var. Ona görə birinci növ-bədə orada nəzərdə tutulmuş yol infrastrukturunun yaxın bir-iki ildə tikilməsinə başlanılmalıdır. Söhbət təkcə Qonaqkənddən getmir. Bu yolun üstündə 50-yə qədər kənd və yaşayış məntəqəsi var. 2 yaşayış məntəqəsində 20 mindən çox adam yaşayır. Ona görə rayon ictimaiyyətinin, bütün seçicilərimizin adından bu məsələnin tezliklə həll edilməsini Samir müəllimdən xahiş edirik. Bu infrastruktur olandan sonra bir sıra problemlər avtomatik olaraq həll ediləcək.
Alma məsələsi barədə Vahid müəllim geniş izahat verdi. Oqtay müəllim, rayonumuzun dolanacaq mənbəyi almadır. Alma olarsa, insanların sifəti gülər, camaat dolana bilər. Alma olanda da onun harada realizə edilməsi böyük prob-lemə çevrilir. Bu gün Azərbaycan bazarında olan bütün almaları Quba rayonu, Quba ferm